Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Real Madrid” klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb

© AFP 2023 / JANEK SKARZYNSKI“Real Madrid” - "Şaxtyor" arasında keçirilən matçda oyun epizodu
“Real Madrid” - Şaxtyor arasında keçirilən matçda oyun epizodu - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Madrid təmsilçisi buna turnirin qrup mərhələsinin dördüncü turunda Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda nail olub.
BAKI, 12 oktyabr — Sputnik. İspaniyanın "Real Madrid" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.
Madrid təmsilçisi buna turnirin qrup mərhələsinin dördüncü turunda Ukraynanın "Şaxtyor" (Donetsk) komandasına qarşı keçirdikləri səfər oyununda (1:1) nail olub.
İspaniya çempionu tarixində 31-ci dəfə qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlib. "Real" iştirak etdiyi bütün yarışlarda qrupdan çıxan yeganə komandadır.
Madrid təmsilçisi yalnız 1996/1997-ci il mövsümündə pley-offda iştirak edə bilməyib. Buna İspaniya nəhənginin həmin mövsüm Çempionlar Liqasına vəsiqə qazana bilməməsi səbəb olub.
Xəbər lenti
0