https://sputnik.az/20221012/qurban-qurbanov-futbolcularin-sabahki-goruse-tam-hazir-olacaqlarina-inaniram-447355438.html
Qurban Qurbanov: "Futbolçuların sabahkı görüşə tam hazır olacaqlarına inanıram"
Qurban Qurbanov: "Futbolçuların sabahkı görüşə tam hazır olacaqlarına inanıram"
Sputnik Azərbaycan
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək. 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T17:08+0400
2022-10-12T17:08+0400
2022-10-12T17:08+0400
qurban qurbanov
idman
qarabağ fk
qarabağ futbol klubu
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444676293_0:0:2000:1125_1920x0_80_0_0_f92ab5a95e56bb7890280bbac84542c0.jpg
BAKI, 12 oktyabr — Sputnik. Komandada son günlər yorğunluq hiss olunur. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edəcək Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.Mütəxəssis bildirib ki, rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar.Baş məşqçi Afinada "Olimpiakos"u məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb: "Bu, sırf Ramil Şeydayevin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə isə çox sevinirəm".Mütəxəssis müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu deyib: "Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq".Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/03/444676293_114:0:1887:1330_1920x0_80_0_0_e9febeb0faa84ac869d59b2955823122.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
qurban qurbanov, qarabağ fk, qarabağ futbol klubu
qurban qurbanov, qarabağ fk, qarabağ futbol klubu
Qurban Qurbanov: "Futbolçuların sabahkı görüşə tam hazır olacaqlarına inanıram"
“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.
BAKI, 12 oktyabr — Sputnik. Komandada son günlər yorğunluq hiss olunur. Futbolçuların özlərinə gələcəklərinə və sabahkı görüşə tam hazır olacaqlarına inanıram. Yunanıstandakı hesab bizi aldatmalı deyil. Orada səhvlərimiz də çox olub. Matça sonradan baxanda buna əmin oldum. Sabah yaxşı oyunlarımızdan birini keçirmək istəyirik.
Bunu UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edəcək Ağdamın "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, rəqibə düzgün yanaşmalıyıq. Həddindən artıq istəklidirlər. Bu matça son şans kimi baxırlar. Qarşılaşmaya ciddi hazırlaşıblar.
Baş məşqçi Afinada "Olimpiakos"u məğlub etdikləri qarşılaşmada sonuncu qoldan sonrakı sevinci haqqında danışıb: "Bu, sırf Ramil Şeydayevin qolunun sevinci idi. Sona 8-10 dəqiqə qalmış 2-3 qolluq fərqə tam arxayın olmamışam. Bəzi oyunçuların zəhmətinə görə isə çox sevinirəm".
Mütəxəssis müəyyən səviyyəyə çatmağın asan, orada qalmağın isə çətin olduğunu deyib: "Qalibiyyətlərimiz gözlənti və tələbləri çoxaldır. Bu, gərginlik və həyəcan yaradır. Məğlub olmaqdan qorxmuruq. Hər matçda oyunumuzu yaxşılaşdırmalıyıq. Bizə olan inamı itirməməyə çalışırıq. Bu, asan deyil. Meydanda tək biz olmuruq, qarşı tərəf düşünmədiyimiz şeylər hazırlayır. Gərginlik olur. Son vaxtlar ümumiyyətlə bunlara alışmışıq. Biz yenə də işimizi davam etdiririk. Qələbə üçün ən yaxşısını etməyə çalışırıq. Azarkeşlərimizin inamını qazanmağa çalışırıq".
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq.