https://sputnik.az/20221012/bakida-mdb-dovletleri-sq-qerargah-reisleri-komitesinin-iclasi-kecirilir-447343630.html
Bakıda MDB dövlətləri SQ Qərargah Rəisləri Komitəsinin iclası keçirilir
Bakıda MDB dövlətləri SQ Qərargah Rəisləri Komitəsinin iclası keçirilir
Sputnik Azərbaycan
İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün... 12.10.2022, Sputnik Azərbaycan
2022-10-12T11:55+0400
2022-10-12T11:55+0400
2022-10-12T11:55+0400
mdb
hərbi
müdafiə nazirliyi
azərbaycan ordusu
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447343466_0:25:1000:588_1920x0_80_0_0_4081fc97d4fd478f267877346f41b815.jpg
BAKI, 12 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət ediblər.Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edir.
https://sputnik.az/20221012/mdb-dovletlerinin-yuksek-rutbeli-herbcileri-sehidler-xiyabanini-ziyaret-edibler---foto-447341683.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0c/447343466_106:0:897:593_1920x0_80_0_0_a7a91ee0eb26abb6e0052016a4b9af06.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
mdb, müdafiə nazirliyi, azərbaycan ordusu
mdb, müdafiə nazirliyi, azərbaycan ordusu
Bakıda MDB dövlətləri SQ Qərargah Rəisləri Komitəsinin iclası keçirilir
İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması nəzərdə tutulub.
BAKI, 12 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası bu gün Bakıda öz işinə başlayıb.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
İclasda MDB ölkələrində hərbi sahədə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinin müzakirəsi, yekun protokolların imzalanması və növbəti il üçün birgə iş planının hazırlanması, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərə dair fikir mübadiləsinin aparılması nəzərdə tutulub.
Xatırladaq ki, Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edir.