Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

MDB dövlətlərinin yüksək rütbəli hərbçiləri Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

© AR Ministry of DefenceMDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 12.10.2022
Abunə olmaq
Bakıda Müstəqil Dövlətlər Birliyi iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
BAKI, 12 oktyabr — Sputnik. Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclasında iştirak etmək üçün Bakıya gəlmiş yüksək rütbəli hərbi nümayəndə heyətləri oktyabrın 12-də Şəhidlər xiyabanını ziyarət ediblər.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
© AR Ministry of DefenceMDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 12.10.2022
MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirələri ehtiramla yad edilib, "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub.
Xatırladaq ki, oktyabrın 12-də Bakıda Müstəqil Dövlətlər Birliyi (MDB) iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçiriləcək.
© AR Ministry of DefenceMDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 12.10.2022
MDB iştirakçı dövlətlərinin yüksək rütbəli hərbi nümayəndələri Şəhidlər xiyabanını ziyarət edib
İclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan respublikaları silahlı qüvvələrinin Baş Qərargah rəisləri, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini və Tacikistan Respublikasının Rusiya Federasiyasındakı hərbi attaşesi iştirak edəcək.
İclasa Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sədrlik edəcək.
Xəbər lenti
0