SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident Özbəkistanla imzalanmış sazişi təsdiqlədi

Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Bir müddət əvvəl Milli Məclis də Azərbaycan ilə Özbəkistan hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
BAKI, 10 oktyabr — Sputnik. "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanmış Saziş təsdiqlənib.
Bununla bağlı müvafiq qanunu Prezident İlham Əliyev imzalayıb.
Xatırladaq ki, Milli Məclis də Azərbaycan ilə Özbəkistan hökumətləri arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş təsdiq edilib.
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin sentyabrın 30-da keçirilən plenar iclasında müzakirə olunub.
Qeyd edək ki, iyunun 21-də Daşkənddə geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.
"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə"ni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında Saziş"i və "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında hərbi-texniki əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.
Sənəddə imza, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.10.2022
SİYASƏT
Azərbaycan və Qırğızıstan birgə fond yaratmağı planlaşdırır
Xəbər lenti
0