https://sputnik.az/20221010/azerbaycan-ve-qirgizistan-birge-fond-yaratmagi-planlasdirir-447275349.html
Azərbaycan və Qırğızıstan birgə fond yaratmağı planlaşdırır
Azərbaycan və Qırğızıstan birgə fond yaratmağı planlaşdırır
Sputnik Azərbaycan
Qırğızıstan iqtisadiyyat nazirinin müavini bildirib ki, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T17:53+0400
2022-10-10T17:53+0400
2022-10-10T17:53+0400
qırğızıstan
siyasət
prezident ilham əliyev
sadır japarov
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:285:3069:2011_1920x0_80_0_0_e1b328850bf64210f19e392cb4ff4846.jpg
BAKI, 10 oktyabr — Sputnik. Bu həftə Azərbaycan və Qırğızıstan nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan birgə fondun yaradılması haqqında saziş imzalamağı planlaşdırır.Bunu Qırğızıstan parlamentinin büdcə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Kanatbek Abdrahmanov deyib."Bütün vəsaitələr, resurslar Azərbaycan tərəfindən təmin ediləcək. Fondun mənzil-qərargahı Bişkekdə yerləşəcək", - nazir müavini bildirib.Onun sözlərinə görə, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.Bundan əvvəl xəbər verilmişdi ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi, kiçik və orta biznesin inkişafı üçün güclü təkan olacaq.(Report)Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq. Bu barədə Qırğız Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilib.Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42153/82/421538271_0:0:2731:2048_1920x0_80_0_0_1c303df7526d6128ee6a8ea1c00a944a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
qırğızıstan, prezident ilham əliyev, sadır japarov
qırğızıstan, prezident ilham əliyev, sadır japarov
Azərbaycan və Qırğızıstan birgə fond yaratmağı planlaşdırır
Qırğızıstan iqtisadiyyat nazirinin müavini bildirib ki, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.
BAKI, 10 oktyabr — Sputnik. Bu həftə Azərbaycan və Qırğızıstan nizamnamə kapitalı 25 milyon ABŞ dolları olan birgə fondun yaradılması haqqında saziş imzalamağı planlaşdırır.
Bunu Qırğızıstan parlamentinin büdcə komitəsinin iclasında iqtisadiyyat nazirinin müavini Kanatbek Abdrahmanov deyib.
"Bütün vəsaitələr, resurslar Azərbaycan tərəfindən təmin ediləcək. Fondun mənzil-qərargahı Bişkekdə yerləşəcək", - nazir müavini bildirib.
Onun sözlərinə görə, fondun strukturu və sxemi Özbəkistan və Macarıstan ilə yaradılan birgə fondlara oxşar olacaq.
Bundan əvvəl xəbər verilmişdi ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması investisiya sahəsində əməkdaşlığın genişləndirilməsi, biznes əlaqələrinin möhkəmləndirilməsi, kiçik və orta biznesin inkişafı üçün güclü təkan olacaq.(Report)
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il oktyabrın 11-12-də Qırğız Respublikasında dövlət səfərində olacaq. Bu barədə Qırğız Respublikasının Prezidentinin rəsmi saytında məlumat verilib.
Səfər çərçivəsində Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyev ilə ikitərəfli danışıqlar aparacaq.
Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər.