https://sputnik.az/20221010/azerbaycan-mn-in-polkovniki-yeni-kutlevi-mezarliqlar-askarlanacaq-447253945.html
Azərbaycan MN-in polkovniki: "Yeni kütləvi məzarlıqlar aşkarlanacaq"
Azərbaycan MN-in polkovniki: "Yeni kütləvi məzarlıqlar aşkarlanacaq"
Sputnik Azərbaycan
44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T13:33+0400
2022-10-10T13:33+0400
2022-10-10T13:33+0400
məzarlıq
cəmiyyət
edilli kəndi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053033_0:161:3071:1888_1920x0_80_0_0_d762d64596dbaa7f5d2271184d814d43.jpg
BAKI, 10 oktyabr — Sputnik. "Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir. Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq. Çünki I Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb"."Report"un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda deyib.Onun sözlərinə görə, torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verib:"Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, bütün infrastruktur dağıdılıb".O qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib:"Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tam tələblərə cavab vermir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları tərəfindən 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb".Polkovnik Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılmış minaların aşkarlandığını da söyləyib.Xatırladaq ki, ötən həftə Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
https://sputnik.az/20221006/olkemizdeki-herbi-attaseler-edilli-kendindeki-kutlevi-mezarliga-sefer-edib---foto-447143272.html
edilli kəndi
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447053033_170:0:2901:2048_1920x0_80_0_0_4750654b04be5c28a5ec93c636cb42a2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
məzarlıq, edilli kəndi
Azərbaycan MN-in polkovniki: "Yeni kütləvi məzarlıqlar aşkarlanacaq"
44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib.
BAKI, 10 oktyabr — Sputnik. "Fərrux və Edilli kəndlərində aşkarlanan kütləvi qəbiristanlıqlar Ermənistanın hərbi cinayətlərini təsdiq edir. Əminik ki, yeni kütləvi məzarlıqlar da aşkarlanacaq. Çünki I Qarabağ müharibəsində 4 minə qədər vətəndaşımız itkin düşüb".
"Report"un xəbərinə görə, bunu Müdafiə Nazirliyinin hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini, polkovnik Elşad Əbilov Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə "Ermənistanın Azərbaycana qarşı müharibə cinayətləri son 30 ildə" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, torpaqlarını azad etməklə Azərbaycan Ermənistanın hərbi cinayətlərinə cavab verib:
"Bu zaman heç bir beynəlxalq konvensiyanın tələbləri pozulmayıb. 30 il işğal altında şəhərlərimiz, kəndlərimiz, bütün infrastruktur dağıdılıb".
O qeyd edib ki, 44 günlük Vətən Müharibəsindən sonra Ermənistanın təxribatlarına da layiqli cavab verilib, Azərbaycan Ordusu yenə öz gücünü göstərib:
"Düşmən bizə mina xəritələrini təqdim etmir, etdikləri xəritələr də tam tələblərə cavab vermir. Vətən müharibəsindən sonra Azərbaycan Ordusunun istehkamçıları tərəfindən 27 590 hektar sahədə 21 573 ədəd mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu dövrdə mina partlayışları nəticəsində 8 hərbçimiz həlak olub, 85 hərbçimiz yaralanıb".
Polkovnik Laçın və Kəlbəcərdə 44 günlük Vətən Müharibəsindən sonra yeni basdırılmış minaların aşkarlandığını da söyləyib.
Xatırladaq ki, ötən həftə Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.