Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ölkəmizdəki hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib - FOTO

© AR Ministry of DefenceÖlkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Xarici ölkələrin hərbi nümayəndələrinə Birinci Qarabağ müharibəsi zamanı Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin kobud şəkildə pozması barədə məlumat verilib.
BAKI, 6 oktyabr - Sputnik. Oktyabrın 6-da Müdafiə Nazirliyinin təşkilatçılığı və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının dəstəyi ilə Azərbaycan Respublikasında akkreditə olunmuş xarici ölkələrin hərbi attaşeləri Xocavənd rayonunun Edilli kəndi ərazisində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin kütləvi dəfn edildiyi məzarlığa səfər ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
© AR Ministry of DefenceÖlkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov xarici ölkələrin hərbi nümayəndələrinə Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərində qanunsuz fəaliyyət göstərmiş erməni hərbi birləşmələri və Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən beynəlxalq humanitar hüquq norma və prinsiplərinin kobud şəkildə pozulmasından danışıb.
Bunun nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının olması ehtimal edilən şəxslərin əsir düşərək, işgəncə verilməklə öldürülməsi faktları barədə ətraflı məlumat verib.
© Sputnik / Murad OrujovAzərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq
В селе Эдилли Ходжавендского района Азербайджана обнаружено массовое захоронение - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində kütləvi məzarlıq
Məzarlıqda 12 nəfərin qalıqlarının üzə çıxdığı qeyd olunub. Əşyalarla birlikdə aşkarlanan skeletlərin geyimlərindən hərbçi olduqlarının bilindiyi xüsusi vurğulanıb.
Eyni zamanda skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı da hərbi attaşelərin diqqətinə çatdırılıb.
© AR Ministry of DefenceÖlkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Ölkəmizdə akkreditə olunan hərbi attaşelər Edilli kəndindəki kütləvi məzarlığa səfər edib
General-mayor H.Mahmudov erməni təcavüzü nəticəsində itkin düşmüş 4000 nəfərədək mülki şəxs və hərbi əsirlərin taleyi barədə hələ də heç bir xəbərin olmamasını da qeyd edib.
Sonra hərbi attaşelər hərbi hissələrdən birini ziyarət edərək burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.
Xəbər lenti
0