https://sputnik.az/20221010/azerbaycan-millisi-ilk-oyununu-seferde-kecirecek-447267039.html
Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək
Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək
Sputnik Azərbaycan
Canni de Byazinin yetirmələri gələn il martın 24-də Avstriyada, son görüşünü isə noyabrın 19-da Belçikada keçirəcək. 10.10.2022, Sputnik Azərbaycan
2022-10-10T16:10+0400
2022-10-10T16:10+0400
2022-10-10T16:10+0400
azərbaycan
idman
futbol
canni de byazi
azərbaycan millisi
futbol üzrə azərbaycan millisi
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442886532_0:103:2000:1228_1920x0_80_0_0_e4092f4514d130672f9db5913a84e0ae.jpg
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunun təqvimi müəyyənləşib.Canni de Byazinin yetirmələri ilk oyununu səfərdə keçirəcək.Komandamız gələn il martın 24-də Avstriyanın qonağı olacaq. Millimiz qrupda son görüşünü isə noyabrın 19-da Belçika səfərində keçirəcək.AVRO-2024-ün seçmə mərhələsiF qrupuI tur, 24 mart 2023-cü il22:45. Avstriya - AzərbaycanII tur, 27 mart22:45. İsveç - AzərbaycanIII tur, 17 iyun21:00. Azərbaycan - EstoniyaIV tur, 9 sentyabr21:00. Azərbaycan - BelçikaV tur, 13 oktyabr22:45. Estoniya - AzərbaycanVI tur, 16 oktyabr21:00. Azərbaycan - AvstriyaVII tur, 16 noyabr21:00. Azərbaycan - İsveçVIII tur, 19 noyabr21:00. Belçika - AzərbaycanAlmaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb."Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.Qrupların tərkibi belədir:A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, KiprB qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, CəbəllütariqC qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, MaltaD qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, LatviyaE qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, MoldovaF qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, EstoniyaG qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, LitvaH qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, AndorraJ qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn.Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. (Report)Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/0d/442886532_114:0:1887:1330_1920x0_80_0_0_75eef243c63b2dc9bf1e9129976a6624.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
azərbaycan, futbol, canni de byazi, azərbaycan millisi, futbol üzrə azərbaycan millisi, türkiyə
azərbaycan, futbol, canni de byazi, azərbaycan millisi, futbol üzrə azərbaycan millisi, türkiyə
Azərbaycan millisi ilk oyununu səfərdə keçirəcək
Canni de Byazinin yetirmələri gələn il martın 24-də Avstriyada, son görüşünü isə noyabrın 19-da Belçikada keçirəcək.
BAKI, 10 oktyabr — Sputnik. Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində yer aldığı F qrupunun təqvimi müəyyənləşib.
Canni de Byazinin yetirmələri ilk oyununu səfərdə keçirəcək.
Komandamız gələn il martın 24-də Avstriyanın qonağı olacaq. Millimiz qrupda son görüşünü isə noyabrın 19-da Belçika səfərində keçirəcək.
AVRO-2024-ün seçmə mərhələsi
I tur, 24 mart 2023-cü il
22:45. Avstriya - Azərbaycan
22:45. İsveç - Azərbaycan
21:00. Azərbaycan - Estoniya
21:00. Azərbaycan - Belçika
22:45. Estoniya - Azərbaycan
21:00. Azərbaycan - Avstriya
21:00. Azərbaycan - İsveç
21:00. Belçika - Azərbaycan
Almaniyanın Frankfurt şəhərində 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.
"Festhalle" sərgi mərkəzində keçirilən tədbirdə Azərbaycan milli komandasının da rəqibləri müəyyənləşib.
Canni De Byazinin baş məşqçi olduğu kollektiv Belçika, Avstriya, İsveç və Estoniya ilə birlikdə F qrupunda mübarizə aparacaq.
Qrupların tərkibi belədir:
A qrupu: İspaniya, Şotlandiya, Norveç, Gürcüstan, Kipr
B qrupu: Niderland, Fransa, İrlandiya, Yunanıstan, Cəbəllütariq
C qrupu: İtaliya, İngiltərə, Ukrayna, Şimali Makedoniya, Malta
D qrupu: Xorvatiya, Uels, Ermənistan, Türkiyə, Latviya
E qrupu: Polşa, Çexiya, Albaniya, Farer adaları, Moldova
F qrupu: Belçika, Avstriya, İsveç, Azərbaycan, Estoniya
G qrupu: Macarıstan, Serbiya, Monteneqro, Bolqarıstan, Litva
H qrupu: Danimarka, Finlandiya, Sloveniya, Qazaxıstan, San Marino,
İ qrupu: İsveçrə, İsrail, Rumıniya, Kosovo, Belarus, Andorra
J qrupu: Portuqaliya, Bosniya və Herseqovina, İslandiya, Lüksemburq, Slovakiya, Lixtenşeyn.
Qardaş Türkiyənin milliləri Xorvatiya, Uels, Ermənistan və Latviya ilə D qrupundadır.
Qeyd edək ki, seçmə mərhələdə qruplarda ilk iki pilləni tutan milli komandalar birbaşa AVRO-2024-ün final mərhələsinə vəsiqə əldə edəcək. Qalan 3 vəsiqə isə seçmə mərhələdə öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-offa vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq. (Report)
Almaniya yığması ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə qazanıb. Bundestim A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənarda qalacaq.