SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Avropa İttifaqı Rusiya və Belarusu hədələdi

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Peter Stano deyib ki, Rusiya və Belarusun birgə hərbi qüvvələr yaratması Ukraynada yeni münaqişənin yaranmasına səbəb olacaq və Aİ buna cavab verəcək.
BAKI, 10 oktyabr - Sputnik. Avropa İttifaqı (Aİ) Rusiya və Belarusun birgə qoşun qruplaşması yaratmasına cavab verəcək.
Bunu barədə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsinin mətbuat katibi Peter Stano Brüsseldə mətbuat konfransında deyib.
“Rusiya və Belarusun birgə hərbi qüvvələr yaratması Ukraynada yeni münaqişənin yaranmasına səbəb olacaq və Aİ buna cavab verəcək”, – o bildirib.
Stano bəyanatında Belarus Prezidentinin sözlərinə də diqqət çəkib: “Aleksandr Lukaşenkonun Rusiya və Belarusun birgə hərbi birləşmələr yaratması barədə çıxışını eşitdik. Bu baş verdiyi halda Aİ münaqişənin yenidən alovlanmasına cavab verəcək”.
Onun sözlərinə görə, Ukrayna tərəfdən Belarusa hücumların olacağı barədə Lukaşenkonun dedikləri yalan və qəbuledilməzdir.
Qeyd edək ki, Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.
Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib.
"İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur", - Belarus rəhbəri deyib.
"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", - deyə Lukaşenko əlavə edib.
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb - Sputnik Azərbaycan, 1920, 10.10.2022
RUSİYA
Putin və Lukaşenko razılığa gəldi: Rusiya və Belarus qoşunlarını birləşdirirlər
Xəbər lenti
0