Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin və Lukaşenko razılığa gəldi: Rusiya və Belarus qoşunlarını birləşdirirlər

© Sputnik / Рамиль Ситдиков / Mediabanka keçidRusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb
Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenko (sağda) görüşüb - Sputnik Azərbaycan, 1920, 10.10.2022
Abunə olmaq
Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək.
BAKI, 10 oktyabr — Sputnik. Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko birgə regional qoşun qrupunun yaradılması barədə razılığa gəliblər.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko hərbi və güc strukturları ilə keçirdiyi müşavirədə bildirib. Onun sözlərinə görə, Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasının əsasını təşkil edəcək.
Lukaşenko xatırladıb ki, Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammitindən sonra Rusiya prezidenti Vladimir Putinlə təkbətək görüş keçirib. "İttifaq dövlətinin qərb sərhədlərində vəziyyətin gərginləşməsi ilə əlaqədar biz Rusiya Federasiyası və Belarus Respublikasının regional qruplaşmasının yerləşdirilməsi barədə razılığa gəldik. Bütün bunlar bizim sənədlərimizə uyğundur".
"Bu qruplaşmanın formalaşmasına başlanılıb. Məncə, iki gündür ki, davam edir. Belarus qoşunları Belarus-Rusiya regional qoşun qruplaşmasınınn əsasını təşkil edəcək", - deyə Lukaşenko vurğulayıb.
Oktyabrın 7-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün oktyabrın 7-də Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
MDB ölkələri liderlərinin bundan əvvəlki qeyri-rəsmi görüşü 2021-ci ildə dekabrın 28-də Sankt-Peterburqda keçirilib.
Xəbər lenti
0