https://sputnik.az/20221009/tramp-ukraynada-munaqisenin-baslamasina-gore-bayden-administrasiyasini-gunahlandirib-447235379.html
Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb
Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb
Sputnik Azərbaycan
Donald Tramp deyib ki, əgər o, ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi. 09.10.2022, Sputnik Azərbaycan
2022-10-09T18:07+0400
2022-10-09T18:07+0400
2022-10-09T18:12+0400
donald tramp
dünya xəbərləri
ukrayna
rusiya
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_0:0:3070:1728_1920x0_80_0_0_ba0a3b4d1711ed81bc8570194c638439.jpg
BAKI, 9 oktyabr - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb. O bildirib ki, ABŞ hakimiyyəti "Putini ələ salıb".Trampın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının ritorikası Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamasına səbəb olub. Trampın fikirlərini "Newsweek" nəşri işıqlandırıb. "Ölkəmiz və qondarma rəhbərliyimiz Putini məsxərəyə qoyub... Mən prezident olsaydım, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi", - deyə Tramp bildirib.Tramp onu da qeyd edib ki, Ağ Evin rəhbəri olarkən həm Rusiya, həm də Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlər saxlamağa çalışıb.Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bu yaxınlarda Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub.Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".
https://sputnik.az/20221009/tramp-ukraynadaki-munaqiseni-dayandirmaga-cagirib-iii-dunya-muharibesi-baslaya-biler--447230660.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1b/444402834_212:0:2941:2047_1920x0_80_0_0_975dcb286054cc94a55db36511a6c861.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
donald tramp, ukrayna, rusiya
donald tramp, ukrayna, rusiya
Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb
18:07 09.10.2022 (Yenilənib: 18:12 09.10.2022) Donald Tramp deyib ki, əgər o, ABŞ prezidenti olsaydı, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi.
BAKI, 9 oktyabr - Sputnik. ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukraynada münaqişənin başlamasına görə Bayden administrasiyasını günahlandırıb. O bildirib ki, ABŞ hakimiyyəti "Putini ələ salıb".
Trampın sözlərinə görə, ABŞ Prezidenti Co Bayden administrasiyasının ritorikası Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlamasına səbəb olub.
Trampın fikirlərini "Newsweek" nəşri işıqlandırıb.
"Ölkəmiz və qondarma rəhbərliyimiz Putini məsxərəyə qoyub... Mən prezident olsaydım, Ukraynadakı münaqişə heç vaxt baş verməzdi", - deyə Tramp bildirib.
Tramp onu da qeyd edib ki, Ağ Evin rəhbəri olarkən həm Rusiya, həm də Ukrayna hakimiyyəti ilə yaxşı münasibətlər saxlamağa çalışıb.
Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Prezident Vladimir Putin onun məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" kimi ifadə edib. Bu yaxınlarda Rusiya nümayəndə heyətinin rəhbəri və prezidentinin köməkçisi Vladimir Medinski bəyan edib ki, Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır, danışıqlar prosesinin dondurulmasının təşəbbüskarı Kiyev olub.
Sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan olunub. Bunu Rusiya Prezidenti Vladimir Putin rusiyalılara müraciətində bildirib: "Hərbi xidmətə yalnız hazırda ehtiyatda olan və ilk növbədə Silahlı Qüvvələrdə xidmət etmiş, müəyyən hərbi ixtisaslara və müvafiq təcrübəyə malik olan vətəndaşlar çağırılacaq".