DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp Ukraynadakı münaqişəni dayandırmağa çağırıb: III Dünya müharibəsi başlaya bilər

© AP Photo / Manuel Balce CenetaDonald Tramp, arxiv şəkli
Donald Tramp, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2022
Abunə olmaq
ABŞ-ın eks-prezidenti deyib ki, müharibənin sülh yolu ilə başa çatması üçün təcili danışıqlar başlanmalıdır, yoxsa III Dünya müharibəsi baş verəcək.
BAKI, 9 oktyabr - Sputnik. ABŞ-ın eks-prezidenti Donald Tramp Ukraynadakı münaqişəni danışıqlar yolu ilə bitirməyə çağırıb
Keçmiş ABŞ lideri hesab edir ki, ən pis halda vəziyyət III Dünya müharibəsinin başlamasına səbəb ola bilər.
Ukraynadakı münaqişəyə son qoymaq üçün dərhal danışıqlara başlamaq lazımdır. Əks halda vəziyyət III Dünya müharibəsinə çevrilə bilər. Bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp Nevada ştatında seçiciləri ilə söhbəti zamanı bildirib.
"Biz müharibənin sülh yolu ilə başa çatması üçün təcili danışıqlara başlamalıyıq, yoxsa III Dünya müharibəsi ilə qarşılaşacağıq", - deyə ABŞ-ın keçmiş prezidenti vurğulayıb.
Rusiya Xarici İşlər Nazirliyi bu yaxınlarda Moskvanın Kiyevlə birbaşa diplomatik danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. Lakin Rusiya Federasiyasının diplomatik idarəsi ölkənin mühüm şərtinin olduğunu vurğulayır.
XİN qeyd edib ki, Moskva 2022-ci il sentyabrın 23-dən 27-dək müvafiq referendumların keçirildiyi dörd yeni regionun ("Luqansk Xalq Respublikası", Xerson vilayəti, "Donetsk Xalq Respublikası" və Zaporojye vilayəti) Rusiyanın tərkibinə daxil olmasını müzakirə etməyəcək. Nazirlikdən bildirilib ki, fərziyyəyə əsaslanan Rusiya-Ukrayna danışıqlarında bu ərazilərin taleyi ilə bağlı məsələlər heç bir halda müzakirə edilməməlidir.
Xəbər lenti
0