https://sputnik.az/20221008/sabah-azerbaycan-millisinin-avro-2024un-secme-merhelesindeki-reqibleri-mueyyenlesecek-447204552.html
Sabah Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşəcək
Sabah Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşəcək
Sputnik Azərbaycan
UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı... 08.10.2022, Sputnik Azərbaycan
2022-10-08T13:21+0400
2022-10-08T13:21+0400
2022-10-17T12:22+0400
idman
avro
uefa millətlər liqası
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434465644_0:103:2000:1228_1920x0_80_0_0_16bccb8a32e32069893780af7c43a00a.jpg
BAKI, 8 oktyabr-Sputnik. Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində, “Festhalle” sərgi mərkəzində “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq.Tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər. Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb.Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. VI səbətdəki komandalar onlara rəqib olmayacaq.Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa “Avro-2024”ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə Avropa çempionatının seçmə mərhəlsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.Səbətlərin tərkibi aşağıdakı kimidir:UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/15/434465644_114:0:1887:1330_1920x0_80_0_0_1355b3575a5689e15e46e0cc73b6b6be.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
avro, uefa millətlər liqası, azərbaycan
avro, uefa millətlər liqası, azərbaycan
Sabah Azərbaycan millisinin “Avro-2024”ün seçmə mərhələsindəki rəqibləri müəyyənləşəcək
13:21 08.10.2022 (Yenilənib: 12:22 17.10.2022) UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub.
BAKI, 8 oktyabr-Sputnik. Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində, “Festhalle” sərgi mərkəzində “Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasimi olacaq.
Tədbirdə AFFA-nın baş katib Sərxan Hacıyev, Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi, baş katibin müavini Kamran Vəliyev, Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla və İcraiyyə Komitəsinin protokolu Orxan Əhmədov iştirak edəcəklər. Püşkatma mərasimi yerli vaxtla saat 12:00-da (Bakı vaxtı ilə saat 14:00) başlayacaq.
UEFA Millətlər Liqasının 2022/2023-cü il mövsümünün qrup mərhələsinin yekununa əsasən tərtib edilmiş reytinq cədvəlinə uyğun olaraq, komandaların yer aldığı səbətlərin tərkibi məlum olub. Azərbaycan milli komandası 4-cü səbətdə yer alıb.
Püşkə əsasən, üç qrupda 6, digər yeddi qrupda isə 5 komanda olmaqla komandalar 10 qrupa bölünəcək. Millətlər Liqası səbətində olan 4 komanda 5 komandalı qruplarda yer alacaqlar. VI səbətdəki komandalar onlara rəqib olmayacaq.
Qruplarda ilk iki pilləni tutan komandalar birbaşa “Avro-2024”ün final mərhələsinə vəsiqə əldə edəcəklər. Qalan 3 vəsiqə isə Avropa çempionatının seçmə mərhəlsində öz qrupunda ilk iki pilləni tuta bilməyən, Millətlər Liqasında pley-off mərhələsinə vəsiqə qazanan 12 komanda arasında keçiriləcək oyunlarından sonra bəlli olacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
UEFA Millətlər Liqası səbəti: Niderland, Xorvatiya, İspaniya, İtaliya;
1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa;
2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya;
3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan;
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları, Şimali Makedoniya;
5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarus, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta;
6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.
Qeyd edək ki, Almaniya ev sahibi kimi birbaşa final mərhələsinə vəsiqə əldə edib. Almaniya millisi A qrupunda yer alan bütün komandalarla təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq. Rusiya isə diskvalifikasiya səbəbindən seçmə və əsas mərhələdən kənar qalacaq.