Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda keçiriləcək Yunan-Roma güləşi üzrə dünya kuboku yarışının püşkü atılıb

© Sputnik / Alexei Filippov / Mediabanka keçidYunan-roma güləşi. Arxiv şəkli
Yunan-roma güləşi. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2022
Abunə olmaq
Azərbaycan millisi B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.
BAKI, 8 oktyabr-Sputnik. Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə Yunan-Roma güləşi üzrə dünya kuboku yarışı keçiriləcək. Azərbaycan Güləş Federasiyasının məlumatına görə, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək. Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb.
Azərbaycan millisi B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.
Qeyd edək ki, reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq. Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək.
İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaqlar. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.
Xəbər lenti
0