CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şəhid Səbuhi Əhmədovun qardaşına birdəfəlik ödəmə təyin olunub

© Sputnik / Zulfiyya GuluyevaŞəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov - Sputnik Azərbaycan, 1920, 06.10.2022
Abunə olmaq
Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri bildirib ki, şəhidin qardaşının müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib.
BAKI, 6 oktyabr — Sputnik. Şəhid Səbuhi Əhmədovun vərəsəsi kimi qardaşı Sənan Əhmədova 11 000 manat məbləğində birdəfəlik ödəmə təyin olunub.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan (DSMF) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rəşad Mehdili məlumat verib.
O bildirib ki, vətəndaş aidiyyəti qurumdan vərəsəsi olmasını təsdiq edən sənədləri 4 oktyabrda təqdim etdikdən dərhal sonra elə həmin gün Sənan Əhmədova birdəfəlik ödəmə təyin olunub: "Vətəndaşın müvafiq bank hesabına artıq ödəniş həyata keçirilib. Bu barədə ona məlumat verilib. O, banka yaxınlaşaraq kartını əldə edib, birdəfəlik ödənişini ala bilər".
Xatırladaq ki, şəhid Səbuhi Əhmədov sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olub.
Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov - Sputnik Azərbaycan, 1920, 28.09.2022
CƏMİYYƏT
Şəhid Səbuhi Əhmədovun qardaşı dövlətin verdiyi evdən niyə imtina etdi? Rəsmi açıqlama
Xəbər lenti
0