https://sputnik.az/20220928/sehid-sebuhi-ehmedovun-qardasi-dovletin-verdiyi-evden-niye-imtina-etdi-resmi-aciqlama-446814936.html
Şəhid Səbuhi Əhmədovun qardaşı dövlətin verdiyi evdən niyə imtina etdi? Rəsmi açıqlama
Şəhid Səbuhi Əhmədovun qardaşı dövlətin verdiyi evdən niyə imtina etdi? Rəsmi açıqlama
Sputnik Azərbaycan
Rəsmi qurumun açıqlamasına görə, Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası, onun Nizamnaməsinə görə valideyn himayəsindən... 28.09.2022, Sputnik Azərbaycan
2022-09-28T16:07+0400
2022-09-28T16:07+0400
2022-09-28T16:24+0400
azərbaycan
cəmiyyət
əmək və əhalinin sosial müdafiə nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446015843_0:0:1280:721_1920x0_80_0_0_db2ea55f9330db24695fb93227e653e5.jpg
BAKI, 28 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun evlə bağlı iddialarına cavab verib. Qurumun sözçüsü Murad Həşimov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib."Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası onun öz Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil", - Murad Həşimov bildirib."Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib.Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - Agentliyin rəsmisi əlavə edib.Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. O, manşet.az-a müsahibəsində qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O, mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur".Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbiçi şəhid olub.Məlumat üçün onu da bildirək ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası qanununa görə, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Bu isə onun şəhid ailəsi statusu almasına mane olur.
https://sputnik.az/20220914/sehid-olsam-el-aglayar-meni---sebuhi-ehmedov-446048962.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446015843_0:0:1280:960_1920x0_80_0_0_90fcba900834ff376b2a2c7dba00ecc7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
azərbaycan, əmək və əhalinin sosial müdafiə nazirliyi
azərbaycan, əmək və əhalinin sosial müdafiə nazirliyi
Şəhid Səbuhi Əhmədovun qardaşı dövlətin verdiyi evdən niyə imtina etdi? Rəsmi açıqlama
16:07 28.09.2022 (Yenilənib: 16:24 28.09.2022) Rəsmi qurumun açıqlamasına görə, Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası, onun Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil.
BAKI, 28 sentyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun evlə bağlı iddialarına cavab verib. Qurumun sözçüsü Murad Həşimov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova imtiyazlı şəxs kimi mənzilin verilməsi üçün bir neçə dəfə əyani, bir neçə dəfə telefonla danışılıb, qanunvericilik izah edilib.
"Sənana qanunvericilikdə şəhid ailəsi statusunun kimlərə şamil edildiyi, bu statusun hansı qurum tərəfindən verildiyi izah edilib. Həmçinin həssas qruplardan olan internat məzunlarının mənzillə təmin edilməsi üçün meyarlar haqqında da onunla danışılıb.
Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası onun öz Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil", - Murad Həşimov bildirib.
"Buna baxmayaraq, dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Fuad oğlu Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edib.
Sənan bundan imtina edərək 2 otaqlı mənzil istədiyini bildirib. Sənana qanunvericiliyin tələbləri barədə bir daha ətraflı məlumat verilib", - Agentliyin rəsmisi əlavə edib.
Qeyd edək ki, şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ona vermək istədiyi birotaqlı mənzildən imtina edib. O, manşet.az-a müsahibəsində qeyd edib ki, ailə üzvlərinin sayına görə bu təklifə rədd cavabı verib:
"Dedilər ki, sizə birotaqlı ev veriləcək. Dedim ki, qardaşım evə görə döyüşməyib. O yaşasaydı, dekabr ayına qədər mənzil alacaqdıq. Amma mən bugünkü gün utana-utana yataq otağında qonaq qəbul edə bilmərəm. Mənim qızım və həyat yoldaşım var. Hətta mənim kirayə qaldığım evdə belə, qonaqları qəbul etmək üçün zal var. Onlar da dedilər ki, sənə ikiotaqlı ev təklif edə bilmərik. Qeyd etdilər ki, o birotaqlı evi də sənə internat məzunu olduğun üçün veririk. Onlar bildirdilər ki, sən şəhid ailəsi sayılmırsan. Onun ailəsi mən deyiləmsə, kim idi? O, mənimlə qalırdı. Bizim bir-birimizdən başqa kimsəmiz yoxdur. Onlara bu haqda da məlumat verdim. Onlar dedilər ki, qanun belədir, qardaş ailə hesab olunmur".
Xatırladaq ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 80 hərbiçi şəhid olub.
Məlumat üçün onu da bildirək ki, şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında Azərbaycan Respublikası qanununa görə, aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
Ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində təhsil alanlar isə həmin təhsil müəssisələrini və elmi təşkilatın magistratura səviyyəsini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr.
Sənanın təlim və tərbiyə aldığı "SOS Uşaq Kəndləri – Azərbaycan" Assosiasiyası Nizamnaməsinə görə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisə statusunda deyil. Bu isə onun şəhid ailəsi statusu almasına mane olur.