https://sputnik.az/20221004/nazirler-gorusdu-azerbaycan-ve-turkiye-herbi-texniki-emekdasligi-inkisaf-etdirmelidir-447063635.html
Nazirlər görüşdü: Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir
Nazirlər görüşdü: Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir
Sputnik Azərbaycan
Türkiyənin milli müdafiə naziri H.Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T19:43+0400
2022-10-04T19:43+0400
2022-10-04T19:43+0400
hərbi
hulusi akar
mədət quliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447063195_0:160:3072:1888_1920x0_80_0_0_681df4d865d1a76f95ddada03a8feb33.jpg
BAKI, 4 sentyabr - Sputnik. Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib. O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.Türkiyənin milli müdafiə naziri H.Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib.Sonda xatirə şəkli çəkdirilib.
https://sputnik.az/20221004/hulusi-akar-azerbaycana-geldi-nazirler-tekbetek-gorusdu-447050082.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447063195_171:0:2902:2048_1920x0_80_0_0_07a74afbe37551b16660f75756356674.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hulusi akar, mədət quliyev
hulusi akar, mədət quliyev
Nazirlər görüşdü: Azərbaycan və Türkiyə hərbi-texniki əməkdaşlığı inkişaf etdirməlidir
Türkiyənin milli müdafiə naziri H.Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib.
BAKI, 4 sentyabr - Sputnik. Oktyabrın 4-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Sənayesi Nazirliyinin yaydığı məlumata görə, görüş zamanı M.Quliyev qardaş ölkənin nümayəndə heyətini Azərbaycanda görməkdən məmnunluğunu ifadə edib.
O, bu işgüzar səfərin iki ölkə arasında əlaqələrin daha da inkişafına önəmli töhfə verəcəyinə əminliyini bildirib.Müdafiə Sənayesi Nazirliyinin Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəxsi təşəbbüsü ilə 2005-ci ildə Silahlı Qüvvələrimizin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanması məqsədilə yardıldığını vurğulayan nazir, MSN-nin bugünədək böyük inkişaf yolu keçdiyini bildirib.
M.Quliyev Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan uğurlu əməkdaşlıq barədə danışıb. 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi mənəvi və siyasi dəstəyin qazandığımız Zəfərdə böyük rol oynadığını vurğulayan nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dostluq münasibətlərinin iki ölkə arasındakı əlaqələrin inkişafına böyük töhfə verdiyini xüsusi qeyd edib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.
Türkiyənin milli müdafiə naziri H.Akar "Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə" medalı ilə təltif edilib. Medalı qonağa M.Quliyev təqdim edib.Səmimi qəbula görə nazir M.Quliyevə təşəkkürünü bildirən H.Akar Ermənistanın təxribatlarının qarşısını alarkən şəhid olan hərbi qulluqçuların yaxınları və ailə üzvlərinə başsağlığı verib, yaralılara şəfa diləyib.
İşgüzar səfər çərçivəsində baş tutan bu görüşün Azərbaycan və Türkiyə arasında hərbi-texniki sahədə olan əməkdaşlığın daha da inkişafında önəmli rol oynacağını qeyd edib.
Sonda xatirə şəkli çəkdirilib.