https://sputnik.az/20221004/hulusi-akar-azerbaycana-geldi-nazirler-tekbetek-gorusdu-447050082.html
Hulusi Akar hərbi heyətlə Azərbaycana gəlib: nazirlər təkbətək görüşüb
Hulusi Akar hərbi heyətlə Azərbaycana gəlib: nazirlər təkbətək görüşüb
Sputnik Azərbaycan
Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın "Bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib. 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T16:51+0400
2022-10-04T16:51+0400
2022-10-04T16:59+0400
türkiyə
hərbi
hulusi akar
zakir həsənov
müdafiə naziri zakir həsənov
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447048985_0:190:2967:1859_1920x0_80_0_0_27a23907eadc25e51c017695843f13e9.jpg
BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Azərbaycana gəlib.Heydər Əliyev Hava Limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qarşılanan nazir Akar üçün Müdafiə Nazirliyində hərbi mərasim keçirilib.Mərasimdən sonra Milli Müdafiə naziri Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.Türkiyənin Milli Müdafiə naziri Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın "Bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının "Tək Vətən Hərəkatı" ilə daim möhkəmləndiyini deyən Akar, "Azərbaycanın işğal altındakı torpaqları azad etməsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət pəncərəsi açıb" deyə bildirib.Xatırladaq ki, ötən ay sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olmuşdu. Nazirlərin sonuncu görüşü isə Türkiyədə baş tutmuşdu. Həmin vaxt Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447048985_118:0:2849:2048_1920x0_80_0_0_dd29d6cfad5af55a264ea70e5940dce3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
türkiyə, hulusi akar, zakir həsənov, müdafiə naziri zakir həsənov
türkiyə, hulusi akar, zakir həsənov, müdafiə naziri zakir həsənov
Hulusi Akar hərbi heyətlə Azərbaycana gəlib: nazirlər təkbətək görüşüb
16:51 04.10.2022 (Yenilənib: 16:59 04.10.2022) Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın "Bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.
BAKI, 4 oktyabr — Sputnik. Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar və Baş Qərargah rəisi, ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülanla birlikdə Azərbaycana gəlib.
Heydər Əliyev Hava Limanında Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən qarşılanan nazir Akar üçün Müdafiə Nazirliyində hərbi mərasim keçirilib.
Mərasimdən sonra Milli Müdafiə naziri Akar və Azərbaycanın müdafiə naziri Zakir Həsənov təkbətək görüşüb, daha sonra nümayəndə heyətləri arasında görüş keçirilib.
Türkiyənin Milli Müdafiə naziri Azərbaycanda olmaqdan məmnunluğunu bildirib və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib.
Hulusi Akar iki ölkə arasında dostluq və qardaşlığın "Bir millət, iki dövlət" anlayışı ilə ən yüksək səviyyədə davam etdiyini bildirib.
Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının "Tək Vətən Hərəkatı" ilə daim möhkəmləndiyini deyən Akar, "Azərbaycanın işğal altındakı torpaqları azad etməsi Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün tarixi fürsət pəncərəsi açıb" deyə bildirib.
Xatırladaq ki, ötən ay sentyabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Hulusi Akar arasında telefon danışığı olmuşdu. Nazirlərin sonuncu görüşü isə Türkiyədə baş tutmuşdu. Həmin vaxt Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin Ali Hərbi Dənizçilik Məktəbinin və Ali Hərbi Təyyarəçilik Məktəbinin məzunlarının buraxılış mərasimində iştirak edib.