https://sputnik.az/20221004/edillide-tapilan-insan-qaliqlari-uzerinde-gulle-izleri-var---nazirliyin-resmisi--447043324.html
Edillidə tapılan insan qalıqları üzərində güllə izləri var - Nazirliyin rəsmisi
Edillidə tapılan insan qalıqları üzərində güllə izləri var - Nazirliyin rəsmisi
Sputnik Azərbaycan
Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun fikrincə, ola bilsin, bir həftə bundan əvvəl tapılmış... 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T15:34+0400
2022-10-04T15:34+0400
2022-10-04T16:17+0400
azərbaycan xəbərləri
kütləvi məzarlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447042225_0:119:1280:839_1920x0_80_0_0_31cfe8d3c22618d8d4c6bd9abd9ba10a.jpg
BAKI, 4 sentyabr - Sputnik. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.Bu sözləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş jurnalistlərlə söhbətində deyib.Onun fikrincə, ola bilsin, bir həftə bundan əvvəl tapılmış 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil:“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.Həsənovun sözlərinə görə, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq və kütləvi məzarlıqların aşkarlanması prosesi davam etdiriləcək.O həmçinin qeyd edib ki, yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq. Ekspertiza zamanı onların yaşı, boyu, cinsi, sümüklərdə olan xəsarətlər təyin ediləcək.“Onların bəzilərinə baxanda güllə yeri müşahidə olunur. Görünür, onları güllələyiblər", - deyən Həsənov qalıqların hamısının şəxsi əşyaları ilə birgə götürüləcəyini bildirib. "Ekspert rəyi verildikdən sonra hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq”, - Həsənov əlavə edib.Qeyd edək ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
https://sputnik.az/20221004/tkin-dusmus-sexslerin-aile-uzvlerinden-10-minedek-bioloji-numune-goturulub-447042814.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447042225_2:0:1278:957_1920x0_80_0_0_4a6580c24506bab6dcba2f481595cee4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
kütləvi məzarlıq
Edillidə tapılan insan qalıqları üzərində güllə izləri var - Nazirliyin rəsmisi
15:34 04.10.2022 (Yenilənib: 16:17 04.10.2022) Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənovun fikrincə, ola bilsin, bir həftə bundan əvvəl tapılmış 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil.
BAKI, 4 sentyabr - Sputnik. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb.
Bu sözləri Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Xocavənd rayonunun Edilli kəndinə ezam olunmuş jurnalistlərlə söhbətində deyib.
Onun fikrincə, ola bilsin, bir həftə bundan əvvəl tapılmış 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqlar hələ sonuncu deyil:
“Müvafiq qaydalara uyğun olaraq həmin qalıqlar götürüləndən sonra qazıntı işləri yenə də davam etdiriləcək. Bunların altında yenə də qalıqlar ola bilər”.
Həsənovun sözlərinə görə, Edilli kəndi ərazisindəki başqa yerlərdə də qazıntı işləri aparılacaq və kütləvi məzarlıqların aşkarlanması prosesi davam etdiriləcək.
O həmçinin qeyd edib ki, yaxın zamanlarda Xocavənd rayonunun Edilli kəndində aşkarlanan 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların Baş Prokurorluğun qərarı əsasında məhkəmə-tibbi ekspertizası aparılacaq. Ekspertiza zamanı onların yaşı, boyu, cinsi, sümüklərdə olan xəsarətlər təyin ediləcək.
“Onların bəzilərinə baxanda güllə yeri müşahidə olunur. Görünür, onları güllələyiblər", - deyən Həsənov qalıqların hamısının şəxsi əşyaları ilə birgə götürüləcəyini bildirib.
"Ekspert rəyi verildikdən sonra hər bir skeletdən bir neçə nahiyədən sümük qalıqları götürüləcək. Bundan sonra isə genetik ekspertiza aparılacaq. O vaxta qədər də qalıqlar Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi kriminalistika şöbəsindəki xüsusi depolarda xüsusi şəraitdə saxlanılacaq. Şəxsiyyəti təyin olunandan sonra isə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təlimatı ilə qalıqlar ailələrinə təqdim olunacaq”, - Həsənov əlavə edib.
Qeyd edək ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.