https://sputnik.az/20221004/tkin-dusmus-sexslerin-aile-uzvlerinden-10-minedek-bioloji-numune-goturulub-447042814.html
İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 minədək bioloji nümunə götürülüb
İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 minədək bioloji nümunə götürülüb
Sputnik Azərbaycan
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji... 04.10.2022, Sputnik Azərbaycan
2022-10-04T15:22+0400
2022-10-04T15:22+0400
2022-10-04T16:17+0400
cəmiyyət
xocavənd
xocavənd rayonu
kütləvi məzarlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447040069_0:135:1440:945_1920x0_80_0_0_eff83f0f6dece855f9c568d0e928b97e.jpg
BAKI, 4 sentyabr - Sputnik. Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 10 min bioloji nümunə toplanılıb.Bunu BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır."Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Bu məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”, - Hüseynova deyib. Qeyd edək ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/04/447040069_0:0:1440:1080_1920x0_80_0_0_5d43fb243bd55c369d9afb2d8464e50f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xocavənd, xocavənd rayonu, kütləvi məzarlıq
xocavənd, xocavənd rayonu, kütləvi məzarlıq
İtkin düşmüş şəxslərin ailə üzvlərindən 10 minədək bioloji nümunə götürülüb
15:22 04.10.2022 (Yenilənib: 16:17 04.10.2022) Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə təqribən 10 min bioloji nümunə toplanılıb.
BAKI, 4 sentyabr - Sputnik. Bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə birlikdə bütün ölkə üzrə itkin düşmüş şəxslərin ailə üzvlərindən təqribən 10 min bioloji nümunə toplanılıb.
Bunu BQXK-nın Bakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Onun sözlərinə görə, bu bioloji nümunələr Dövlət Komissiyasının xüsusi saxlanc yerlərində saxlanılır.
"Həmin bioloji nümunələrdən DNT profilinin çıxarılmasına başlanılıb. Bu məlumatlar imkan yaradacaq ki, ekshumasiya zamanı tapılan insan qalıqlarının kimliyi tez bir zamanda müəyyənləşdirilsin”, - Hüseynova deyib.
Qeyd edək ki, Xocavəndin Edilli kəndində daha bir kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb.
Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib.
Hazırda müvafiq qurumların nümayəndələri və KİV təmsilçiləri kütləvi məzarlığa baxış keçirir.