Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Teymur Rəcəbov "Şahmat Ulduzları" turnirində 14-cü dünya çempionunu qabaqlayıb

© Photo : Crocus Group Теймур Раджабов на "Шахматных звездах" в Москве
Теймур Раджабов на Шахматных звездах в Москве - Sputnik Azərbaycan, 1920, 03.10.2022
Abunə olmaq
Rusiya paytaxtında keçirilən beynəlxalq turnirdə sürətli şahmat üzrə qaliblər müəyyənləşib.
BAKI, 3 oktyabr — Sputnik. Moskvada keçirilən beynəlxalq turnirdə azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 14-cü dünya çempionu Vladimir Kramniki qabaqlayaraq ikinci olub.
Rusiyanın paytaxtında, Krokus Sitidə məşhur rusiyalı və əcnəbi şahmatçıların, o cümlədən Azərbaycanın aparıcı qrossmeysterlərindən biri olan Teymur Rəcəbovun iştirakı ilə rapid və blits üzrə beynəlxalq "Şahmat Ulduzları" turniri keçirilir.
Yarışın ilk üç günündə iştirakçılar rapid oynayıblar və bu yarışda Rəcəbov beş yarım xal toplayaraq ikinci yeri tutub. Hindistanlı Sadinvani Raunak və 14-cü dünya çempionu Vladimir Kramnik eyni xala malik olsalar da, onlar əlavə göstəricilərdə Azərbaycan təmsilçisinə uduzublar və müvafiq olaraq üçüncü və dördüncü yerlərdə qərarlaşıblar.
Yeri gəlmişkən, sürətli şahmat turniri zamanı Rəcəbov heç vaxt məğlubiyyət acısını yaşamayıb - onun aktivində iki qələbəsi (rusiyalılar Ernesto İnarkiyev və Aleksandra Qoryaçkina üzərində), həmçinin yeddi heç-heçə oyunu var.
Rusiyalı qrossmeyster Vladislav Artyomyev rapid üzrə yarışda altı yarım xal toplayaraq qalib gəlib.
Turnirdə çərşənbə axşamı və çərşənbə günləri blits üzrə yarışlar keçiriləcək.
Xəbər lenti
0