https://sputnik.az/20221003/prezident-lham-eliyev-beynelxalq-sahmat-federasiyasinin-prezidentini-qebul-edib-446990675.html
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb. 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T13:45+0400
2022-10-03T13:45+0400
2022-10-03T14:24+0400
prezident ilham əliyev
idman
şahmat
dünya şahmat federasiyası
beynəlxalq şahmat federasiyası
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446985860_0:251:3195:2048_1920x0_80_0_0_e30929a48b47c51ea76b8723520c257d.jpg
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.Xatırladaq ki, Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulub, qaliblər müəyyənləşib.Kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446985860_464:0:3195:2048_1920x0_80_0_0_48d35a829f46f507245e0f94907f79ba.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, şahmat, dünya şahmat federasiyası, beynəlxalq şahmat federasiyası
prezident ilham əliyev, şahmat, dünya şahmat federasiyası, beynəlxalq şahmat federasiyası
Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyasının Prezidentini qəbul edib
13:45 03.10.2022 (Yenilənib: 14:24 03.10.2022) Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulanıb.
BAKI, 3 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Şahmat Federasiyasının Prezidenti Arkadi Dvorkoviçi qəbul edib.
Görüşdə Azərbaycanla Beynəlxalq Şahmat Federasiyası arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Ölkəmizdə idmanın digər növləri kimi, şahmatın inkişafına da dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi bildirildi. Azərbaycanlı şahmatçıların beynəlxalq yarışlarda qazandığı uğurlar qeyd olundu.
Söhbət zamanı ötən ay Şuşada keçirilən Beynəlxalq şahmat turnirinin əhəmiyyətinə toxunuldu, oktyabrın 2-də Arkadi Dvorkoviçin Naxçıvanda keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının açılışında iştirakından məmnunluq bildirildi.
Görüşdə gələcəkdə Azərbaycanda şahmat üzrə nəzərdə tutulan beynəlxalq əhəmiyyətli turnirlər barədə fikir mübadiləsi aparıldı.
Xatırladaq ki, Şuşada keçirilən ilk beynəlxalq şahmat turnirinə sentyabrın 24-də yekun vurulub, qaliblər müəyyənləşib.
Kişilərin yarışında 26 xal toplayan Şəhriyar Məmmədyarov, qadınlarda isə gürcü şahmatçı Meri Arabidze 24 xalla birinci yeri tutub.