https://sputnik.az/20221003/azerbaycan-derbisinde-rekord-qeyde-alindi-446983444.html
Azərbaycan derbisində rekord qeydə alındı
Azərbaycan derbisində rekord qeydə alındı
Sputnik Azərbaycan
Bildirilir ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. 03.10.2022, Sputnik Azərbaycan
2022-10-03T11:29+0400
2022-10-03T11:29+0400
2022-10-03T11:29+0400
futbol
idman
premyer liqa
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446983289_0:0:2048:1153_1920x0_80_0_0_43b513875b38fba0c157519c783d9ce4.jpg
BAKI, 3 oktyabr — Sputnik. Premyer Liqanın VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan derbisində rekord qeydə alınıb.Peşəkar Futbol Liqasından verilən məlumata görə, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.3:1 hesablı qələbə qazanan "köhlən atlar" ardıcıl 5-ci dəfə rəqibini xalsız qoyub.Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. "Ağ-qaralar" sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. "Qarabağ" 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.Qeyd edək ki, "Qarabağ"la "Neftçi" ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/03/446983289_103:0:1923:1365_1920x0_80_0_0_2173db49d0aef86e6766cd4b551a844b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
futbol, premyer liqa
Azərbaycan derbisində rekord qeydə alındı
Bildirilir ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi.
BAKI, 3 oktyabr — Sputnik. Premyer Liqanın VIII turunda "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilmiş Azərbaycan derbisində rekord qeydə alınıb.
Peşəkar Futbol Liqasından verilən məlumata görə, ölkə çempionatları tarixində ilk dəfə ardıcıl 5 oyunda eyni komanda qalib gəlib.
3:1 hesablı qələbə qazanan "köhlən atlar" ardıcıl 5-ci dəfə rəqibini xalsız qoyub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda ötən mövsümün bütün görüşlərində qalib gəlmişdi – 2:1, 4:0, 2:1 və 4:1. "Ağ-qaralar" sonuncu dəfə 2021-ci il mayın 19-da 1:0 hesabı ilə qalib gəldikləri matçda xal əldə edib.
1992-ci ildən keçirilən ölkə çempionatlarında derbilərin əvvəlki rekordu ardıcıl 4 qələbədən ibarət idi. "Qarabağ" 2016-cı ildəki qarşılaşmaları itkisiz keçirib. 2015/16 mövsümünün son iki duelində 2:0 və 2:1 hesabı ilə qələbə qazanan ağdamlılar seriyasını növbəti çempionatda da davam etdirib – 3:0, 2:0.
Qeyd edək ki, "Qarabağ"la "Neftçi" ölkə çempionatlarında 88 dəfə qarşılaşıb.