https://sputnik.az/20221001/prezident-azerbaycan-avropanin-etibarli-elektrik-enerjisi-tedarukcusune-cevrilecek-446943751.html
Prezident: “Azərbaycan Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”
Prezident: “Azərbaycan Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”
Sputnik Azərbaycan
Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır. 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T13:42+0400
2022-10-01T13:42+0400
2022-10-01T14:38+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
qaz
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/01/446944814_0:0:1224:690_1920x0_80_0_0_cf052af54569d53aa88c1d5510aaf0d6.jpg
BAKI, 1 oktyabr - Sputnik. “Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib."Azərbaycan uzun illər beynəlxalq bazarlara və ilk növbədə, Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım Prezidentin (Avropa Komissiyasının sədri Ursula fon der Lyayen) bərpa olunan enerji mənbələri haqqında dediklərinə münasibət bildirərək demək istərdim ki, bu, həm də cari ilin iyulunda imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun bir hissəsidir. Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”, - dövlət başçısı bildirib.Prezident deyib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.Prezidentin sözlərinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur."Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var”, - dövlət başçısı bildirib.Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.
https://sputnik.az/20221001/lham-eliyev-yunanistan-bolqaristan-qaz-nterkonnektorunun-acilis-merasiminde-istirak-edir-446942720.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/01/446944814_0:0:1224:918_1920x0_80_0_0_901237cebb8943d479ad630bc46d3dc6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, qaz
prezident ilham əliyev, qaz
Prezident: “Azərbaycan Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”
13:42 01.10.2022 (Yenilənib: 14:38 01.10.2022) Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.
BAKI, 1 oktyabr - Sputnik. “Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi mərasimində deyib.
"Azərbaycan uzun illər beynəlxalq bazarlara və ilk növbədə, Avropa bazarlarına etibarlı neft tədarükçüsü olub, indi isə etibarlı qaz tədarükçüsünə çevrilib. Xanım Prezidentin (Avropa Komissiyasının sədri Ursula fon der Lyayen) bərpa olunan enerji mənbələri haqqında dediklərinə münasibət bildirərək demək istərdim ki, bu, həm də cari ilin iyulunda imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun bir hissəsidir. Əminəm ki, Azərbaycan tezliklə Avropanın etibarlı elektrik enerjisi tədarükçüsünə çevriləcək”, - dövlət başçısı bildirib.
Prezident deyib ki, Azərbaycan 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükünü iki dəfə artırmağı planlaşdırır.
Prezidentin sözlərinə görə, ötən il Azərbaycan, təqribən, 19 milyard kubmetr təbii qaz ixrac edib ki, bunun da 8,2 milyard kubmetri Avropaya nəql olunub, bu isə əvvəlki illə müqayisədə 40 % çoxdur.
"Bu il ixracımız 22 milyard kubmetrdən çox olacaq və bunun 11,5 milyard kubmetri Avropa istehlakçılarının payına düşəcək. Qeyd etdiyim kimi, bu ilin iyulunda xanım Ursula fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzaladıq. Bu, çox dolğun bir sənəddir. Buna əsaslanaraq, biz 2027-ci ilə qədər Avropaya təbii qaz tədarükümüzü iki dəfə artırmağı planlaşdırırıq. Bunun üçün bizim hər cür imkanımız var”, - dövlət başçısı bildirib.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.
IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.