https://sputnik.az/20221001/lham-eliyev-yunanistan-bolqaristan-qaz-nterkonnektorunun-acilis-merasiminde-istirak-edir-446942720.html
İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir
İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir
Sputnik Azərbaycan
Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı... 01.10.2022, Sputnik Azərbaycan
2022-10-01T12:47+0400
2022-10-01T12:47+0400
2022-10-01T14:38+0400
neft-qaz
qaz
prezident ilham əliyev
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/01/446944770_0:42:1340:796_1920x0_80_0_0_1d9b9314f76c6398321741acd093611e.jpg
BAKI, 1 oktyabr - Sputnik. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilir."Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.Tədbirə həmçinin Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas qatılıblar.Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.***Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb. Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/01/446944770_112:0:1228:837_1920x0_80_0_0_5092ebfa14ddf5aa9b6c0f24bc6e4e0c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, prezident ilham əliyev
qaz, prezident ilham əliyev
İlham Əliyev Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində iştirak edir
12:47 01.10.2022 (Yenilənib: 14:38 01.10.2022) Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.
BAKI, 1 oktyabr - Sputnik. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirilir.
"Report" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edir.
Tədbirə həmçinin Bolqarıstan Prezidenti Rumen Radev, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson, Şimali Makedoniya Respublikasının Prezidenti Stevo Pendarovski, Serbiyanın Prezidenti Aleksandr Vuçiç, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis, Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke, həmçinin ICGB-nin icraçı direktorları Teodora Georgiyeva və George Satlas qatılıblar.
Yunanıstan-Bolqarıstan İnterkonnektoru Cənub-Şərqi Avropa üçün strateji əhəmiyyətə malikdir və region üçün təbii qaz tədarükçülərinin real enerji şaxələndirilməsinə imkan yaradır.
IGB Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr təbii qazın tədarükü ilə bağlı “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Bununla da, Azərbaycan Bolqarıstanın təbii qaza olan tələbatının 25-30%-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan kəmərin 150 kilometri Bolqarıstan ərazisindən keçir. Kəmərin illik ötürücülük qabiliyyətinin 5 milyard kubmetr olacağı gözlənilir.
Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.
Görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb.
Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub. Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.