Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbol üzrə Azərbaycan çempionatı keçiriləcək

© AFP 2023 / NICOLAS TUCATBasketbol topu
Basketbol topu - Sputnik Azərbaycan, 1920, 28.09.2022
Abunə olmaq
Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq
BAKI, 28 sentyabr — Sputnik. Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq.
Azərbaycan Basketbol Federasiyasının məlumatına görə, Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq.
ABL-də "AAAF Xırdalan", "Gəncə", NTD, "Neftçi", "Olimpik Şəki", "Sərhədçi", "Sabah" və "Zirvə Astara" güclərini sınayacaqlar.
Ötən çempionatla müqayisədə yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq.
Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədilə mini turnir keçiriləcək. Oyunlar "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq.
Xəbər lenti
0