Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

© Sputnik / Mihail Klimentev / Mediabanka keçid Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il.
 Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin, 20 iyul 2021-ci il. - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib.
BAKI, 26 sentyabr - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinə İjevsk şəhərində məktəbdə baş vermiş atışmada insanların ölümü ilə bağlı başsağlığı verib.
Bu barədə Azərbaycanın dövlət başçısının mətbuat xidməti məlumat verib.
Məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
İjevsk şəhərində 88 saylı məktəbdə baş verən atışma nəticəsində uşaqların və böyüklərin həlak olması xəbəri məni çox sarsıtdı.
Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, bütün yaralananların tezliklə sağalmasını arzulayıram".
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. Son məlumatlara görə, 15 nəfər cinayətin qurbanı olub, onlardan 11-i uşaqdır. hadisə nəticəsində 21 nəfər, o cümlədən 18 məktəbli yaralanıb.
İjevskdə 88 nömrəli məktəbin yaxınlığında - Sputnik Azərbaycan, 1920, 26.09.2022
RUSİYA
İjevskdəki atışmanı törədən şəxsin kimliyi açıqlandı
Xəbər lenti
0