https://sputnik.az/20220926/jevskdeki-atismani-toreden-sexsin-kimliyi-aciqlandi-446708157.html
İjevskdəki atışmanı törədən şəxsin kimliyi açıqlandı
İjevskdəki atışmanı törədən şəxsin kimliyi açıqlandı
Sputnik Azərbaycan
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. 26.09.2022, Sputnik Azərbaycan
2022-09-26T15:28+0400
2022-09-26T15:28+0400
2022-09-26T15:28+0400
rusiya
rusiya
udmurtiya
atəş
ölüm
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446707045_0:0:1561:878_1920x0_80_0_0_977b0752be4e4188b9d1df6dc0020eaa.jpg
BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın İjevsk şəhərindəki atışma həmin məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsev tərəfindən təşkil olunub. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, hazırda onun neofaşist fikirlərə sahib olub-olmadığı araşdırılır.Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. Son məlumatlara görə, 13 nəfər cinayətin qurbanı olub, onlardan 9-u uşaqdır. hadisə nəticəsində 23 nəfər, o cümlədən 20 məktəbli yaralanıb."Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevsk əsilli, bu məktəbin məzunu Artem Kazantsevdir. Hücum edənin şəxsiyyəti, onun baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlara sahib olub-olmaması və nasist ideologiyasına bağlılığı yoxlanılır", - idarədən bildirilib.İstintaq Komitəsi əlavə edib ki, hazırda atəş açan şəxsin yaşadığı yerdə axtarış aparılır.Baş verən atışma nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağır və ya orta ağırdır , əməliyyatlar həyata keçirilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib. "Yaralıların əksəriyyəti ağır və ya orta ağırdır, əməliyyatlar aparılıb. Ümid edək ki, xilas ola biləcək hər kəsi xilas edəcəyik", - deyə Breçalov jurnalistlərə bildirib.Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Udmurtiyada matəm elan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/1a/446707045_0:0:1369:1027_1920x0_80_0_0_4c3f5e8ec0930ef254caa71ffba9bc34.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, udmurtiya, atəş, ölüm
rusiya, udmurtiya, atəş, ölüm
İjevskdəki atışmanı törədən şəxsin kimliyi açıqlandı
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib.
BAKI, 26 sentyabr — Sputnik. Rusiyanın İjevsk şəhərindəki atışma həmin məktəbin məzunu, 1988-ci il təvəllüdlü Artyom Kazantsev tərəfindən təşkil olunub. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, hazırda onun neofaşist fikirlərə sahib olub-olmadığı araşdırılır.
Bazar ertəsi İjevskdə 88 nömrəli məktəbdə naməlum şəxs atəş açıb, silahlı şəxs daha sonra intihar edib. Son məlumatlara görə, 13 nəfər cinayətin qurbanı olub, onlardan 9-u uşaqdır. hadisə nəticəsində 23 nəfər, o cümlədən 20 məktəbli yaralanıb.
"Rusiya İstintaq Komitəsinin müstəntiqləri İjevskdəki məktəbə hücum edənin şəxsiyyətini müəyyən ediblər. Bu, 1988-ci il təvəllüdlü, İjevsk əsilli, bu məktəbin məzunu Artem Kazantsevdir. Hücum edənin şəxsiyyəti, onun baxışları və ətrafı öyrənilir. Onun neofaşist baxışlara sahib olub-olmaması və nasist ideologiyasına bağlılığı yoxlanılır", - idarədən bildirilib.
İstintaq Komitəsi əlavə edib ki, hazırda atəş açan şəxsin yaşadığı yerdə axtarış aparılır.
Baş verən atışma nəticəsində yaralananların əksəriyyətinin vəziyyəti ağır və ya orta ağırdır , əməliyyatlar həyata keçirilib. Bu barədə Udmurtiyanın rəhbəri Aleksandr Breçalov məlumat verib.
"Yaralıların əksəriyyəti ağır və ya orta ağırdır, əməliyyatlar aparılıb. Ümid edək ki, xilas ola biləcək hər kəsi xilas edəcəyik", - deyə Breçalov jurnalistlərə bildirib.
Qeyd edək ki, hadisə ilə əlaqədar olaraq Udmurtiyada matəm elan edilib.