SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Moskvada MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin toplantısı olacaq

© Sputnik / Viktor TolochkoMDB dövlətlərinin bayraqları, arxiv şəkli
MDB dövlətlərinin bayraqları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.
BAKI, 26 sentyabr — Sputnik. Sentyabrın 30-da Rusiyanın paytaxtı Moskvada MDB-yə üzv ölkələrin təhlükəsizlik və kəşfiyyat orqanlarının rəhbərlərinin müşavirəsi keriləcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosudan bildirilib.
Məlumata görə, sentyabrın 30-da MDB ölkələrinin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətlərinin rəhbərlərinin XVIII müşavirəsi keçiriləcək.
Toplantıda Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan, Özbəkistan və Rusiya nümayəndələri iştirak edəcək.
İclasdan əvvəl-sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin MDB-yə üzv ölkələrin təhlükəsizlik orqanları və kəşfiyyat xidmətləri rəhbərləri ilə videokonfrans formatında müşavirə keçirəcək.
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 12.09.2022
HƏRBİ
Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb
Xəbər lenti
0