Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb

© AR Ministry of DefenceAzərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb
Azərbaycan Ordusunun Baş Qərargah rəisi MDB Müdafiə Nazirləri Şurasının katibi ilə görüşüb - Sputnik Azərbaycan, 1920, 12.09.2022
Abunə olmaq
Bakıda MDB ölkələrinin Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin növbəti iclasının keçirilməsi planlaşdırılır.
BAKI, 12 sentyabr - Sputnik. Sentyabrın 12-də Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyi (MDB) Müdafiə Nazirləri Şurasının katibi general-mayor Yuri Daşkin ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.
Məlumatda bildirilir ki, görüşdə cari ilin oktyabr ayında Bakıda keçirilməsi planlaşdırılan MDB iştirakçı dövlətlərinin Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası ilə bağlı təşkilati məsələlər müzakirə olunub.
Tərəflər iclasın keçiriləcəyi yerə baxış keçirməyi qərara alıb və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xəbər lenti
0