DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

ABŞ demokratları prezident seçkilərində Baydenin namizədliyini dəstəkləmirlər

© AP Photo / Alex BrandonCo Bayden
Co Bayden - Sputnik Azərbaycan, 1920, 26.09.2022
Abunə olmaq
ABŞ Konqresində Baydeni "xarici siyasi rüsvayçılıq"da ittiham ediblər
BAKI, 26 sentyabr — Sputnik. ABŞ Demokrat Partiyası tərəfdarlarının yarıdan çoxu hazırkı Prezident Co Baydenin 2024-cü ildə keçiriləcək növbəti seçkidə namizədliyinin irəli sürülməsinə qarşıdır.
Bunu "Washington Post" və "ABC News"un birgə keçirdiyi sorğunun məlumatları sübut edir.
Belə ki, sorğuya əsasən, demokratların və bu partiyanın müstəqil tərəfdarlarının 56%-i Baydenin yerinə başqa namizəd irəli sürmək istədiklərini bildiriblər. Həm də bu mövqe gənc demokratlar arasında daha çox yayılıb – onların 75%-i başqa namizədə üstünlük verəcəklər. Baydenin namizədliyini sorğuda iştirak edən demokratların yalnız 35%-i dəstəkləyib.
Sorğu onu da göstərib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın namizədliyi onun partiyasının tərəfdarları arasında daha populyar olub – rəyi soruşulan respublikaçıların 47%-i prezident seçkilərində onun namizədliyini dəstəkləyəcəklərini bəyan edib, 46%-i isə bunun əleyhinə çıxıb.
Bir müddət əvvəl ABŞ Konqresində Baydeni "xarici siyasi rüsvayçılıq"da ittiham ediblər. Respublikaçı konqresmen Cim Cordan Baydenin dövründə ABŞ-ın rekord inflyasiya, yüksək cinayət nisbətləri və qeyri-qanuni immiqrasiyaya həddinə çatmasına diqqət çəkib.
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.09.2022
DÜNYA XƏBƏRLƏRİ
KİV: Bayden "ailə vəziyyətinə görə" sammitə gedə bilməyəcək
Xəbər lenti
0