DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

KİV: Bayden "ailə vəziyyətinə görə" sammitə gedə bilməyəcək

© AP Photo / Evan VucciCo Bayden, arxiv şəkli
Co Bayden, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.09.2022
Abunə olmaq
ABŞ Konqresində Baydeni ölkənin xarici siyasətdəki biabırçılıq və iqtisadi problemlərə görə ittiham ediblər.
BAKI, 25 sentyabr - Sputnik. ABŞ Prezidenti Co Bayden noyabrda Banqkokda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatı (ASİƏ) rəhbərliyinin toplantısında “ailə vəziyyətinə görə” iştirak edə bilməyəcək. Bu barədə yerli Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən “Thai PBS” telekanalı məlumat yayıb.
Lakin Bayden İndoneziyanın Bali adasında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının sammitindən bir neçə gün əvvəl baş tutacaq G20 sammitində iştirak edəcək.
Onu da əlavə edək ki, ABŞ Konqresində Baydeni ölkənin xarici siyasətdəki biabırçılıq və iqtisadi problemlərə görə ittiham ediblər.
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden (sağda) Cenevrədəki Villa La Qranjda görüş zamanı. 16 iyun 2021-ci il. - Sputnik Azərbaycan, 1920, 09.09.2022
DÜNYA XƏBƏRLƏRİ
Ağ Ev G20-də Bayden-Putin görüşü barədə: Bali sammitinə hələ çox var
Xəbər lenti
0