https://sputnik.az/20220909/ag-ev-g20-de-bayden-putin-gorusu-barede-bali-sammitine-hele-cox-var-445885457.html
Ağ Ev G20-də Bayden-Putin görüşü barədə: Bali sammitinə hələ çox var
Ağ Ev G20-də Bayden-Putin görüşü barədə: Bali sammitinə hələ çox var
Sputnik Azərbaycan
RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi deyib ki, Putinin G20 sammitinə gəlib-gəlməməsi tədbirin tarixinə yaxın aydınlaşacaq. 09.09.2022, Sputnik Azərbaycan
2022-09-09T20:26+0400
2022-09-09T20:26+0400
2022-09-09T20:26+0400
dünya xəbərləri
co bayden
vladimir putin
g20
görüş
indoneziya
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231401_0:0:3072:1728_1920x0_80_0_0_dbc480aac7b749519d7d91041f4d3d49.jpg
BAKI, 9 sentyabr - Sputnik. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer cümə günü ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin qarşıdan gələn G20 liderlərinin görüşü çərçivəsində təmasların mümkünlüyünü şərh etməkdən imtina edib. Bu barədə Rusiya mətbuatı xəbər verir. Belə ki, brifinq zamanı Jan-Pyerdən iki lider arasında üz-üzə təmasların uzun müddətdir hazırlandığını nəzərə alaraq, Amerika prezidentinin Balidə Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə soruşulub.Ağ Evin sözçüsü buna cavab olaraq deyib ki, o, mümkün görüşü təxmin etmək niyyətində deyil və mümkün təmaslarla bağlı bütün açıqlamalar “vaxtında” veriləcək.Bunun ardınca jurnalistlər Baydenin Rusiya lideri Vladimir Putinlə hər iki dövlət başçısının G20 sammitində iştirak etməsi və bunu etmək imkanı olacağı təqdirdə ABŞ liderinin buna hazır olub-olmadığını da soruşublar."Bunların hamısı hipotetik fərziyyələrdir", - deyə Ağ Evin mətbuat katibi gülərək cavab verib."Baxın, biz bundan hələ çox uzaqdayıq", - deyə amerikalı məmur jurnalistlərdən növbəti suala keçmələrini xahiş edib.Xatırladaq ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun bir gün əvvəl deyib ki, Putinin G20 sammitinə gəlib-gəlməməsi tədbirin tarixinə yaxın aydınlaşacaq.Qeyd edək ki, İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Şərq iqtisadi forumu çərçivəsində ölkəsinin "G20" sammitində Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu dilə gətirib.Xatırladaq ki, bir neşə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, RF dövlət başçısının G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizliklə bağlı məsələlər nəzərə alınacaq.Kreml nümayəndəsi həmçinin tədbirə dəvət üçün təşkilatçı ölkəyə minnətdarlıq da ifadə edib:“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə (İndoneziya - red.) minnətdarıq, bütün amillər nəzərə alınacaq. təhlükəsizlik amilləri də daxil olmaqla, əlbəttə ki, nəzərə alınmalıdır”, - deyə Peskov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427231401_253:0:2984:2048_1920x0_80_0_0_98b047b78db763dc363d6da9beb276e6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
co bayden, vladimir putin, g20, görüş, indoneziya
co bayden, vladimir putin, g20, görüş, indoneziya
Ağ Ev G20-də Bayden-Putin görüşü barədə: Bali sammitinə hələ çox var
RF Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi deyib ki, Putinin G20 sammitinə gəlib-gəlməməsi tədbirin tarixinə yaxın aydınlaşacaq.
BAKI, 9 sentyabr - Sputnik. Ağ Evin mətbuat katibi Karin Jan-Pyer cümə günü ABŞ və Rusiya prezidentləri Co Bayden və Vladimir Putinin qarşıdan gələn G20 liderlərinin görüşü çərçivəsində təmasların mümkünlüyünü şərh etməkdən imtina edib. Bu barədə Rusiya mətbuatı xəbər verir.
Belə ki, brifinq zamanı Jan-Pyerdən iki lider arasında üz-üzə təmasların uzun müddətdir hazırlandığını nəzərə alaraq, Amerika prezidentinin Balidə Çin prezidenti Si Cinpinlə görüşməyi planlaşdırıb-planlaşdırmadığı barədə soruşulub.
Ağ Evin sözçüsü buna cavab olaraq deyib ki, o, mümkün görüşü təxmin etmək niyyətində deyil və mümkün təmaslarla bağlı bütün açıqlamalar “vaxtında” veriləcək.
Bunun ardınca jurnalistlər Baydenin Rusiya lideri Vladimir Putinlə hər iki dövlət başçısının G20 sammitində iştirak etməsi və bunu etmək imkanı olacağı təqdirdə ABŞ liderinin buna hazır olub-olmadığını da soruşublar.
"Bunların hamısı hipotetik fərziyyələrdir", - deyə Ağ Evin mətbuat katibi gülərək cavab verib.
"Baxın, biz bundan hələ çox uzaqdayıq", - deyə amerikalı məmur jurnalistlərdən növbəti suala keçmələrini xahiş edib.
Xatırladaq ki, G20 sammiti 15-16 noyabrda Balidə keçiriləcək. Rusiya Federasiyası Prezidentinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun bir gün əvvəl deyib ki, Putinin G20 sammitinə gəlib-gəlməməsi tədbirin tarixinə yaxın aydınlaşacaq.
Qeyd edək ki, İndoneziyanın Rusiyadakı səfiri Xose Tavares Şərq iqtisadi forumu çərçivəsində ölkəsinin "G20" sammitində Rusiya Prezidenti Vladimir Putinin təhlükəsizliyini təmin etməyə hazır olduğunu dilə gətirib.
Xatırladaq ki, bir neşə gün əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, RF dövlət başçısının G20 sammitində iştirak formatına qərar verilməzdən əvvəl bütün amillər, o cümlədən təhlükəsizliklə bağlı məsələlər nəzərə alınacaq.
Kreml nümayəndəsi həmçinin tədbirə dəvət üçün təşkilatçı ölkəyə minnətdarlıq da ifadə edib:
“İştirakımızın formatı ilə bağlı qərar vermək üçün, ən yüksək səviyyədə dəvətin olmasına baxmayaraq, qarşıdan gələn sammitə ev sahibliyi edən ölkəyə (İndoneziya - red.) minnətdarıq, bütün amillər nəzərə alınacaq. təhlükəsizlik amilləri də daxil olmaqla, əlbəttə ki, nəzərə alınmalıdır”, - deyə Peskov bildirib.