Çavuşoğlu: “ABŞ hələ də PKK-nı dəstəkləyir”

© AP Photo / Darko VojinovicTürkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu - Sputnik Azərbaycan, 1920, 25.09.2022
Abunə olmaq
Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb.
BAKI, 25 sentyabr - Sputnik. "Təəssüf ki, ABŞ Suriyada hələ də PKK/PYD-yə dəstək verir”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Çavuşoğlu Türkiyənin ABŞ-la münasibətlərində problemlərin olduğunu vurğulayıb. Nazir qeyd edib ki, ABŞ separatçıları dəstəkləyir.
“Bu terror qurumları da son zamanlar hücumlarının sayını artırıb. Burada FETÖ, digər tərəfdən CAATSA (Sanksiyalar ilə Amerikanın düşmənlərinə qarşı mübarizə – “Report”) sanksiyaları da bizi narahat edən məsələlərdir. Əslində bunlar bizim üçün milli təhlükəsizlik məsələləridir, müttəfiqimiz ABŞ-dan bu məsələdə həssaslıq gözləyirik, həssaslığımızı anlamalarını gözləyirik”, - nazir deyib.
Nyu-Yorkda amerikalı həmkarı Entoni Blinkenlə bütün məsələləri müzakirə etdiyini deyən Çavuşoğlu qeyd edib ki, görüşdə viza danışıqları və regional məsələlər də diqqət mərkəzində olub.
Визит главы МИД РФ С. Лаврова в Турцию - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Blinken Çavuşoğlu ilə Bakı ilə İrəvan arasında nizamlanmanı müzakirə edib
Xəbər lenti
0