https://sputnik.az/20220920/blinken-cavusoglu-ile-baki-ile-revan-arasinda-nizamlanmani-muzakire-edib-446286992.html
Blinken Çavuşoğlu ilə Bakı ilə İrəvan arasında nizamlanmanı müzakirə edib
Blinken Çavuşoğlu ilə Bakı ilə İrəvan arasında nizamlanmanı müzakirə edib
Sputnik Azərbaycan
Dövlət katibi qeyd edib ki, "Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək... 20.09.2022, Sputnik Azərbaycan
2022-09-20T19:33+0400
2022-09-20T19:33+0400
2022-09-20T19:33+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
entoni blinken
mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675016_0:0:2892:1628_1920x0_80_0_0_3b42ed8ee55ce95fd11356ba0ed515b5.jpg
BAKI, 20 sentyabr - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib. O, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında nizamlanmanı, Ukrayna ətrafındakı vəziyyəti, Qara dəniz vasitəsilə ərzaq ixracı ilə bağlı taxıl sazişini də müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilir. Blinken və Çavuşoğlu “Cənubi Qafqazdakı gərgin vəziyyəti müzakirə ediblər və dövlət katibi qeyd edib ki, "Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün fəaliyyətini davam etdirir”. “Onlar həmçinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata cavab olaraq NATO-nun koordinasiyasını və birliyini gücləndirmək yollarını müzakirə ediblər”, - açıqlamada bildirilir. Blinken həmçinin "Ukrayna taxılının Qara dəniz vasitəsilə tədarükünün davam etdirilməsinə yönəlmiş diplomatik səylərə görə Türkiyəyə təşəkkür edib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların saxlanmasının və Moskvanın üzərinə götürdüyü öhdəliklərə görə cavabdeh olmasının vacibliyini vurğulayıb".
https://sputnik.az/20220920/azerbaycan-ermenistani-ucterefli-beyanatlara-qetiyyetle-emel-etmeye-cagiririq---putin-446271023.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/08/442675016_161:0:2892:2048_1920x0_80_0_0_f80c04532207ddfd8ce0c1bc448761e9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
entoni blinken, mövlud çavuşoğlu
entoni blinken, mövlud çavuşoğlu
Blinken Çavuşoğlu ilə Bakı ilə İrəvan arasında nizamlanmanı müzakirə edib
Dövlət katibi qeyd edib ki, "Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün fəaliyyətini davam etdirir”.
BAKI, 20 sentyabr - Sputnik. ABŞ dövlət katibi Entoni Blinken çərşənbə axşamı Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüş keçirib. O, digər məsələlərlə yanaşı, Azərbaycan və Ermənistan arasında nizamlanmanı, Ukrayna ətrafındakı vəziyyəti, Qara dəniz vasitəsilə ərzaq ixracı ilə bağlı taxıl sazişini də müzakirə edib. Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Praysın yazılı açıqlamasında deyilir.
Blinken və Çavuşoğlu “Cənubi Qafqazdakı gərgin vəziyyəti müzakirə ediblər və dövlət katibi qeyd edib ki, "Birləşmiş Ştatlar Azərbaycan və Ermənistan arasında dialoqu təşviq etmək və münaqişənin uzunmüddətli siyasi həllinə kömək etmək üçün fəaliyyətini davam etdirir”.
“Onlar həmçinin Rusiyanın Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata cavab olaraq NATO-nun koordinasiyasını və birliyini gücləndirmək yollarını müzakirə ediblər”, - açıqlamada bildirilir.
Blinken həmçinin "Ukrayna taxılının Qara dəniz vasitəsilə tədarükünün davam etdirilməsinə yönəlmiş diplomatik səylərə görə Türkiyəyə təşəkkür edib və BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmaların saxlanmasının və Moskvanın üzərinə götürdüyü öhdəliklərə görə cavabdeh olmasının vacibliyini vurğulayıb".