Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisindən parlaq qələbə

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisi, arxiv şəkli
Futbol üzrə Azərbaycan millisi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.09.2022
Abunə olmaq
Futbol üzrə Azərbaycan millisi UEFA Millətlər Liqasının qrupa mərhələsinin oyununda Qazaxıstan komandasını məğlub edib.
BAKI, 25 noyabr - Sputnik. Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu baş tutub.
Görüşün 35-ci dəqiqəsində qonaqların heyətində Nurali Alib birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Azərbaycan komandası 67-ci dəqiqədə qonaqları mərkəzə dəvət edib.
Qazaxıstan seçməsinin heyətində Aleksandr Maroçkin avtoqol müəllifi olub.
Azərbaycan komandası 74-cü dəqiqədə qonaqları növbəti dəfə mərkəzə dəvət edib - 2:0.
Filip Ozobiçin zərbəsi qarşısıalınmaz olub.
90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub - 3:0.
Azərbaycan millisi 10 xalla qrup ikincisi olub. Qrupu lider kimi 13 xalla Qazaxıstan yığması başa vurub.
Xəbər lenti
0