https://sputnik.az/20220922/ktmt-missiyasi-ermenistanin-azerbaycanla-serhedde-yerlesen-erazilerine-bas-cekib-446370662.html
KTMT missiyası Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərinə baş çəkib
KTMT missiyası Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərinə baş çəkib
Sputnik Azərbaycan
Missiya rəhbəri Stanislav Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının... 22.09.2022, Sputnik Azərbaycan
2022-09-22T21:46+0400
2022-09-22T21:46+0400
2022-09-22T22:02+0400
azərbaycan-ermənistan sərhədində vəziyyət
ktmt
ermənistan
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_0:194:2953:1855_1920x0_80_0_0_59023b4f3cec47a3a93ce8c327779646.jpg
BAKI, 22 sentyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.Qeyd edək ki, sözügedən missiyaya təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.Nümayəndə heyəti Ermənistana həmçinin Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.Bundan əvvəl KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb.12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən eskalasiya nəticəsində erməni tərəfindən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.
https://sputnik.az/20220919/ktmt-missiyasindan-ermenistan-azerbaycan-serhedinde-gerginliyi-azaltmaq-ucun-teklifler-446254189.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755125_110:0:2841:2048_1920x0_80_0_0_c4bd9fb76794183c9a4abc98c85c6341.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, ermənistan
KTMT missiyası Ermənistanın Azərbaycanla sərhəddə yerləşən ərazilərinə baş çəkib
21:46 22.09.2022 (Yenilənib: 22:02 22.09.2022) Missiya rəhbəri Stanislav Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.
BAKI, 22 sentyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasın rəhbərlik etdiyi missiya Ermənistanın Azərbaycanla sərhəddə yerləşən əraziyə baş çəkib.
Bu barədə KTMT-nin mətbuat katibi Vladimir Zaynetdinov TASS-a bildirib.
Təşkilatın Ermənistandakı missiyası Azərbaycan ilə sərhəddə yerləşən Vayots Dzor bölgəsinə səfər edib.
Zas Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində dislokasiya olunmuş bölmələrinin komandirləri, yerli hakimiyyət orqanlarının nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, sözügedən missiyaya təşkilatın işçi orqanlarının əməkdaşları olan KTMT-yə üzv dövlətlərin nümayəndələri daxildir.
Nümayəndə heyəti Ermənistana həmçinin Ermənistanla Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək və əlavə birgə tədbirlər üçün təkliflər hazırlamaq üçün gəlib. Missiyanın işi zamanı sərhədyanı ərazilərdə mövcud vəziyyətin öyrənilməsi və monitorinqi üzrə tədbirlər, həmçinin Ermənistanın ali siyasi və hərbi rəhbərliyi ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Bundan əvvəl KTMT Birləşmiş Qərargahının rəisi, general-polkovnik Anatoli Sidorovun rəhbərlik etdiyi KTMT missiyasının qabaqcıl qrupu Ermənistanda işini başa çatdırıb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, sərhəddə baş verən eskalasiya nəticəsində erməni tərəfindən 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var.