https://sputnik.az/20220919/ktmt-missiyasindan-ermenistan-azerbaycan-serhedinde-gerginliyi-azaltmaq-ucun-teklifler-446254189.html
KTMT missiyasından Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün təkliflər
KTMT missiyasından Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün təkliflər
Sputnik Azərbaycan
Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlili barədə məlumat verib. D 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T23:35+0400
2022-09-19T23:35+0400
2022-09-20T10:17+0400
rusiya
ktmt
azərbaycan və ermənistan arasında müharibə
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:3111:1750_1920x0_80_0_0_c51905fb38b3a765d6dea7a63de292ad.jpg
BAKI, 19 sentyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.Bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.Qeyd edilir ki, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib."KTMT qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlili barədə məlumat verib. Daha sonra general-polkovnik Sidorov əsas nəticələri və müvafiq tədbirlərlə bağlı təklifləri təqdim edib. Təkliflər yaranmış gərginliyi azaltmağa yönəlib", - məlumatda deyilir.Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.Qeyd edək ki, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.Anatoli Sidorov Ermənistanın Azərbaycan sərhəddində törətdiyi genişmiqyaslı təxribatın ardından Ermənistanın təşkilatdan hərbi yardım istəməsindən sonra KTMT Birləşmiş Qərargahının rəhbəri kimi Ermənistana gəlib.
https://sputnik.az/20220917/ktmt-hele-qilincini-qinindan-cixarmir---anatoli-sidorov--446186139.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/08/17/427755204_0:0:2731:2048_1920x0_80_0_0_ad1c2c9185b87ba8376b69c4684c6a7b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ktmt, azərbaycan və ermənistan arasında müharibə
ktmt, azərbaycan və ermənistan arasında müharibə
KTMT missiyasından Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün təkliflər
23:35 19.09.2022 (Yenilənib: 10:17 20.09.2022) Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlili barədə məlumat verib. D
BAKI, 19 sentyabr - Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasının qrupu Ermənistan-Azərbaycan sərhədində gərginliyin azaldılması üçün təkliflər hazırlayıb.
Bu barədə KTMT-nin Birgə Qərargahının mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilir ki, bu gün Ermənistanın Müdafiə Nazirliyində KTMT-nin bu ölkədəki missiyası qrupunun işinin yekunlarına dair iclas keçirilib. Qrupa rəhbərlik edən general-polkovnik Anatoli Sidorov Ermənistanla Azərbaycan arasında sərhəddə müəyyən ərazilərdə vəziyyətin təhlilinin nəticələri, əsas nəticələr və müvafiq tədbirlərə dair təkliflər haqqında Ermənistanın müdafiə nazirinə məlumat verib.
"KTMT qrupunun rəhbəri, general-polkovnik Anatoli Sidorov Ermənistanın müdafiə naziri Suren Papikyana Ermənistanla Azərbaycan sərhədində müəyyən ərazilərdə vəziyyətin təhlili barədə məlumat verib. Daha sonra general-polkovnik Sidorov əsas nəticələri və müvafiq tədbirlərlə bağlı təklifləri təqdim edib. Təkliflər yaranmış gərginliyi azaltmağa yönəlib", - məlumatda deyilir.
Bildirilir ki, konstruktiv fikir mübadiləsi aparılıb. Hazırlanan təkliflər yaranmış gərginliyin azaldılmasına yönəlib.
Qeyd edək ki, Müdafiə Nazirliyində keçirilən görüşdən sonra KTMT missiyasının qrupu Moskvaya yola düşüb.
Anatoli Sidorov Ermənistanın Azərbaycan sərhəddində törətdiyi genişmiqyaslı təxribatın ardından Ermənistanın təşkilatdan hərbi yardım istəməsindən sonra KTMT Birləşmiş Qərargahının rəhbəri kimi Ermənistana gəlib.