Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı Hava Limanında kran aşıb, bir nəfər ölüb

© Photo : AZALBakı Hava Limanı
Bakı Hava Limanı - Sputnik Azərbaycan, 1920, 22.09.2022
Abunə olmaq
Ağır müştərək travmalar alan şəxs dünyasını dəyişib
BAKI, 22 sentyabr — Sputnik. Heydər Əliyev Beynəlxalq Hava Limanında kranın aşması faktı ilə bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
***
Heydər Əliyev Beynəlxalq Hava Limanında baş verən qəza ilə bağlı Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Stansiyasına çağırış daxil olub.
TƏBİB-dən verilən məlumata görə, zərərçəkən bir nəfər ağır müştərək travmalarla tibb müəssisəsinə aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, hadisə nəticəsində xəsarət alan bir nəfər isə qarnın küt travması ilə TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra zərərçəkən evə buraxılıb.
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 19.09.2022
HADİSƏ
Göyçayda yeniyətmə qız faciəvi şəkildə ölüb
Xəbər lenti
0