Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Göyçayda yeniyətmə qız faciəvi şəkildə ölüb

© Sputnik / Musa MuradliTəcili yardım avtomobili
Təcili yardım avtomobili - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Salikova Günəş Ramin qızı "Fanta" butulkasında maye halında olan kimyəvi maddənin sərinləşdirici içki olmasını ehtimal edərək içməsi nəticəsində ölüb.
BAKI, 19 sentyabr — Sputnik. Göyçay rayonunda 14 yaşlı qız kimyəvi maddə içərək ölüb.
"Report"un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 18-də rayonun Qaraxıdır kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 2008-ci il təvəllüdlü Salikova Günəş Ramin qızı yaşadığı evin həyatyanı sahəsində yerləşən istixanada zərərverici həşaratların məhv edilməsi üçün pomidor şitillərinə vurulan "Fanta" butulkasında maye halında olan kimyəvi maddənin sərinləşdirici içki olmasını ehtimal edərək içməsi nəticəsində ölüb.
Faktla bağlı Göyçay Rayon Prokurorluğunda araşdırma aparılır.
Avqust ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 889 nəfər müraciət edib.
Mərkəzin mətbuat xidmətindən verilən məlumata görə, onlardan 164-ü Toksikologiya şöbəsinə qəbul edilib, qalanlarına isə ilkin tibbi yardım göstərilərək, evə buraxılıb.
Qəbul olan xəstələrdən 74-ü dərmandan, 26-sı sirkə turşusundan, 1-i dəm qazından, 2-si göbələkdən, 11-i etil spirtindən zəhərlənib. Digərlərindən 2-si anaflaksiya səbəbindən, 12-si allergik reaksiyadan, 2-si isə botulizm səbəbindən xəstəxanaya yerləşdirilib.
Xəbər lenti
0