https://sputnik.az/20220921/susada-beynelxalq-sahmat-turnirinin-pusku-atilib-446318339.html
Şuşada beynəlxalq şahmat turnirinin püşkü atılıb
Şuşada beynəlxalq şahmat turnirinin püşkü atılıb
Sputnik Azərbaycan
İlk tur bu gün saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq 21.09.2022, Sputnik Azərbaycan
2022-09-21T18:26+0400
2022-09-21T18:26+0400
2022-09-21T18:26+0400
şahmat
idman
azərbaycan
şuşa
turnir
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373187_0:161:3071:1888_1920x0_80_0_0_4a1bd298cf10bc3631f8bca37ecab180.jpg
BAKI, 21 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin püşkü atılıb.İştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrosmeysterlərə isə milli papaq hədiyyə olunub.Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva - Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) - Günay Məmməzadə, Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) - Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) - Meri Arabidze (Gürcüstan) cütlükləri qarşılaşacaqlar.Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynovla, Teymur Rəcəbov Parham Maqsudlu (İran) ilə, Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədovla, Vasif Durarbəyli Hao Vanqla (Çin), Mustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Viditlə (Hindistan) ilə üz-üzə gələcək.Qeyd edək ki, turnirin oyunları "Qarabağ" hotelində keçiriləcək. İlk tur bu gün saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.(AZƏRTAC)
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437373187_170:0:2901:2048_1920x0_80_0_0_92f5c00ddd2cc71e5e471fdd60751d2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
şahmat, azərbaycan, şuşa, turnir
şahmat, azərbaycan, şuşa, turnir
Şuşada beynəlxalq şahmat turnirinin püşkü atılıb
İlk tur bu gün saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq
BAKI, 21 sentyabr — Sputnik. Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən "Shusha Chess-2022" beynəlxalq şahmat turnirinin püşkü atılıb.
İştirakçılar yarış üçün xüsusi hazırlanmış sandıqçaları açaraq, üzərində rəqəm yazılmış kağızları çıxarıblar. Püşkatma zamanı qadın şahmatçılara kəlağayı, kişi qrosmeysterlərə isə milli papaq hədiyyə olunub.
Püşkə əsasən, qadınların yarışında ilk turda Gövhər Beydullayeva - Xanım Balacayeva, Nana Dzaqnidze (Gürcüstan) - Günay Məmməzadə, Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova, Marsel Efroimski (İsrail) - Yolanta Zavadska (Polşa), Kübra Öztürk Güvənli (Türkiyə) - Meri Arabidze (Gürcüstan) cütlükləri qarşılaşacaqlar.
Kişilərin yarışında birinci turda Şəhriyar Məmmədyarov Qədir Hüseynovla, Teymur Rəcəbov Parham Maqsudlu (İran) ilə, Rüstəm Qasımcanov (Özbəkistan) Rauf Məmmədovla, Vasif Durarbəyli Hao Vanqla (Çin), Mustafa Yılmaz (Türkiyə) isə Santoş Qucrati Viditlə (Hindistan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, turnirin oyunları "Qarabağ" hotelində keçiriləcək. İlk tur bu gün saat 17:00-da start götürəcək. Turnirə sentyabrın 24-də yekun vurulacaq.