Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan-Ermənistanı üçtərəfli bəyanatlara qətiyyətlə əməl etməyə çağırırıq - Putin

© Sputnik / Сергей БобылевRusiya prezidenti Vladimir Putin
Rusiya prezidenti Vladimir Putin - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Rusiya prezidenti bildirib ki, Rusiyaya yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət onları ciddi narahat edir.
BAKI, 20 sentyabr — Sputnik. "Rusiyaya yaxın dövlətlər arasında istənilən münaqişəli vəziyyət ciddi narahatlıq doğurur, Moskva sülh yolu ilə nizamlanmanın tərəfdarıdır". Bunu Rusiya Prezidenti Vladimir Putin xarici ölkələrin səfirlərinin etimadnamələrinin təqdim edilməsi mərasimində deyib.

"Vurğulayıram ki, bizə yaxın olan dövlətlər arasında hər hansı münaqişəli vəziyyət bizi ciddi narahat edir. Biz hamını təmkinli olmağa, atəşkəs rejiminə ciddi riayət etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına qətiyyətlə əməl etməyə çağırırıq", - deyə Putin bildirib.

O qeyd edib ki, məsələnin həllinə Rusiyanın məşvərətçi yardımı ilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində peşəkar, birgə işin aparılması ilə nail olmaq lazımdır.
Putin onu da bildirib ki, KTMT vasitəsilə Ermənistanla Azərbaycan arasında gərginliyin azaldılması üçün tədbirlər görülür:
"Qeyd edim ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı KTMT xətti ilə tədbirlər görülür. Qarşıdurma zonasına KTMT baş katibinin rəhbərlik etdiyi xüsusi missiya göndərilib. Missiyaya vəziyyətinin öyrənilməsi və nəticələrə əsasən Kollektiv Təhlükəsizlik Şurasına təkliflər hazırlamaq tapşırılıb”.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçudan 43 nəfərin ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfərin orta-ağır, 21 nəfərin vəziyyətinin isə ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Xəbər lenti
0