CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir müəssisə məktəbli forması istehsalına başladı - Ajiotaj aradan qalxacaqmı?

© Sputnik / Zulfiyya GuluyevaBakı Tekstil Fabrikində məktəbli formaları
Bakı Tekstil Fabrikində məktəbli formaları - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Abunə olmaq
Bakı Tekstil Fabrikinin təsisçisi məktəbli formaları ilə bağlı yaranmış ajiotajın səbəblərini açıqladı.
BAKI, 19 sentyabr — Sputnik. Azərbaycanda daha bir tikiş müəssisəsi yeni vahid məktəbli formalarının istehsalına başlayıb. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Tekstil Fabrikinin təsisçisi Səkinə Babayeva məlumat verib. S.Babayeva bildirib ki, fabrikdə məktəbli formalarının kütləvi istehsalına başlanılıb.
Onun sözlərinə görə, fabrik artıq istehsal etdiyi yeni vahid məktəbli formalarının satışına da start verib. Sputnik Azərbaycan S.Babayeva ilə söhbətdə məktəbli formaları ilə bağlı yaranmış ajiotajın səbəbləri, bu prosesə digər tikiş müəssisələrinin gec qoşulması, eləcə də forma istehsalında xammal təminatı ilə əlaqədar məsələlərə aydınlıq gətirməyə çalışıb.
- Yeni, vahid məktəbli formalarına keçidlə əlaqədar dərs ili öncəsi, elə hazırda da böyük ajiotaj yaranıb. Bunun da əsas səbəbi istehsalın bir müəssisə tərəfindən aparılması idi. Bakı Tikiş Evinin lazımı sayda forma istehsal edə bilməməsi narazılıqlara səbəb oldu. Niyə məktəbli formalarnın istehsalına digər tikiş müəssisələri qoşulmadılar?
- Məktəbli formaları ilə bağlı yaranmış problemin əsas səbəbi qərarın gec verilməsi idi. İş planlı qurulmadığından forma ilə bağlı valideynlər arasında narazılıqlar başladı. Bunun baş verməməsi üçün valideynlər arasında formaya keçidin vacib olmadığı barədə təbliğat aparılmalı idi. Bununla birinci sinifləri yeni formaya keçirib, yuxarı sinifləri növbəli şəkildə forma ilə təmin etmək olardı. Beləliklə məktəbli formalarına keçid mərhələli şəkildə baş tuta bilərdi. Bu zaman məktəbli formaları bu qədər hay-küyə səbəb olmayacaqdı.
- Səkinə xanım, məktəbli formasının dörd rəngdən ibarət olması barədə qərar olsa da, satışda əsasən mavi və boz rənglərdə formalara rast gəlmək olar. Valideynlər digər rənglərdə forma tapa bilmirlər. Sizin müəssisə digər rənglərdə forma istehsal edirmi?
- Bunun üçün də düzgün hesablamalar aparılmalı idi. Neçə məktəbdə nə qədər şagirdin hansı rəngi seçdiyi hesablanmalı, istehsal da buna uyğun həyata keçirilməli idi. Artıq biz digər rənglərdə də formalar istehsal edirik. Hesab edirəm ki, növbəti ildən şagirdlər bu dörd rəngdən yararlana bilərlər.
© Sputnik / Zulfiyya GuluyevaBakı Tekstil Fabrikində məktəbli formaları
Bakı Tekstil Fabrikində məktəbli formaları - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Bakı Tekstil Fabrikində məktəbli formaları
- Qeyd etdiniz ki, forma istehsalı ilə bağlı qərar gec verildiyindən, istehsal prosesi də ləngidi. Bəs niyə forma istehsalı yenə bir tikiş müəssisəsi tərəfindən aparılır? Bu prosesə ölkədəki digər tikiş müəssisələri qoşulmur?
- Bu gün ölkəmizdə iki ixtisaslamış tikiş müəssisəsi var. Bunlardan biri Bakı Tikiş Evi, digəri bizim müəssisədir. Bakı Tikiş Evi birnövçülüyə, Bakı tekstil Fabriki isə çoxnövçülüyə üstünlük verir. BTE-nin forma istehsalında bu qədər yükün öhdəsindən qısa müddətdə gəlməsi də mümkün deyildi. 1 milyon 700 mindən çox şagird var.Beş yüz min şagirdin forma ilə təminatına bir müəssisənin 25 milyon manat vəsait qoymasına ehtiyac var. Birdən-birə bir müəssisənin forma istehsalına bu qədər vəsait qoyması mümkün deyildi. Həmçinin məktəbli formaları ilə bağlı zaman az idi. Heç kəs məhsula bu qədər pul qoymaq istəmədi.
- Forma istehsalı ləngidən bir amil kimi gömrükdə yaranmış problemlər də əsas gətirildi. Bu problemin qarşısını necə almaq olar?
- Xammal ehtiyatları dünyada azalır. Bunların zaman planlaması aparılmalıdır. Əks halda bu cür xaos artacaq. Vaxtında bu məsələlər planlı həyata keçirilməlidir ki, xammal problemi yaşanmasın.
- Bəzi məktəblərin direktorları forma seçiminə müdaxilə edir, hətta hansı rəngin seçilməsinə özləri qərar verirlər. Bunu valideynlərin vatsap qruplarına göndərilmiş işarələnmiş şəkillər də sübut edir. Sizcə bu digər istehsalçıların işinə mane yaratmayacaq ki?
- Bizdə də belə məlumatlar var. Məktəbli forması kimi ancaq mavi və boz rəngin seçilməsi düzgün deyil. Buna valideynlər qərar verməlidirlər. Bu cür müdaxilə azad bazar prinsiplərinə də ziddir. Forma məktəbin, direktorun seçimi ilə olmamalıdır. Dörd rəngin hər birindən istiifadə edilə bilər. Valideynlər özləri bazarda hansı forma keyfiyyətlidirsə həmin müəssisənin formasına üstünlük verməlidirlər. Həmçinin məktəbli formaları ilə bağlı Antiinhisar Xidməti də nəzarət aparmalıdır.
© Sputnik / Zulfiyya GuluyevaBakı Tekstil Fabrikində məktəbli formaları
Bakı Tekstil Fabrikində məktəbli formaları - Sputnik Azərbaycan, 1920, 20.09.2022
Bakı Tekstil Fabrikində məktəbli formaları
- Bakı Tekstil Fabriki nə qədər yeni məktəbli forması istehsal edib?
- Biz bacardığımız qədər istehsal edirik. Biz ötən ilki formalarda çox böyük dəyişikliklər etmədik. Çünki, müəssisəmiz illərdir çoxnövçülüyə üstünlük verib. Abşeron məktəbləri bu il köhnə formada qaldılar. Çünki, Elm və Təhsil Naziri Emin Əmrullayev də dəfələrlə bildirib ki, yeni məktəbli forması almaq bu il üçün vacib deyil. Əsas hədəf 200 min 1-ci sinifə gedən şagirdi geyindirmək olmalıdır. Digər siniflər üçün məktəbli formaları ilboyu istehsal olunmalıdır ki, növbəti ildən belə ajiotaj yaranmasın.
Xatırladaq ki, 2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri" sənədini təsdiqləyib. Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib.
Məktəblərin seçimindən asılı olaraq formalar aşağıdakı rənglərdə hazırlana bilər: tünd boz, tünd göy, tünd qəhvəyi və xaki rəngli şalvar və ətəklər, həmçinin, ağ, göy və bej rəngli polo tipli köynəklər. İstehsalçılar yun, polyester və pambıq parçalardan istifadə etməlidirlər.
Martın 1-dək məktəblərin pedaqoji şuralarına rəng sxemini seçmək həvalə edilib. Şagirdlər müəllimlər şurasının növbəti qərarına qədər bir neçə il seçdikləri formanı geyinməlidirlər. Nəticədə, paytaxt məktəblərinin əksəriyyətinin qərarı ilə seçim mavi və boz rənglərdə aşağı geyimə, eləcə də ağ və mavi tonlarda üst (polo tipli köynəklər) geyimə verilib.
Qazax rayonu Kosalar kənd orta məktəbinin birinci sinif şagirdi Atlas Məmmədova - Sputnik Azərbaycan, 1920, 13.09.2022
CƏMİYYƏT
Məktəbliləri sümük xəstəsinə çevirən yük: Çanta alarkən nəyə diqqət etməli?
Xəbər lenti
0