https://sputnik.az/20220919/qirgizistan-ve-tacikistanin-dtk-rehberleri-sulh-protokolu-imzalayiblar-446253030.html
Qırğızıstan və Tacikistanın DTK rəhbərləri sülh protokolu imzalayıblar
Qırğızıstan və Tacikistanın DTK rəhbərləri sülh protokolu imzalayıblar
Sputnik Azərbaycan
Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar... 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T22:20+0400
2022-09-19T22:20+0400
2022-09-19T22:20+0400
dünya xəbərləri
qırğızıstan
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172501_7:0:633:352_1920x0_80_0_0_a7428819d2bb9bf72a5fc2b59891cd30.jpg
BAKI, 19 sentyabr - Sputnik. Qırğızıstan və Tacikistanın dövlət təhlükəsizlik komitələrinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşməsi və 2 ölkə arasında sülhün bərqərar olunması barədə protokol imzalayıblar.Bu barədə Turmush agentliyi məlumat yayıb.Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar etməkdir.Taşıyev sabah növbəti görüşün keçiriləcəyini də qeyd edib.Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan DTX Tacikistan tərəfin əsir götürdüyü 4 sərhədçinin qaytarıldığını bildirib.Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar 16 sentyabr səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.
https://sputnik.az/20220919/turkiye-qirgizistanla-tacikistani-dialoqa-cagirdi-446251985.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172501_86:0:555:352_1920x0_80_0_0_d1ec4d52a75f5cb16f36ea8802f04986.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qırğızıstan, tacikistan
Qırğızıstan və Tacikistanın DTK rəhbərləri sülh protokolu imzalayıblar
Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar etməkdir.
BAKI, 19 sentyabr - Sputnik. Qırğızıstan və Tacikistanın dövlət təhlükəsizlik komitələrinin rəhbərləri sərhəddə vəziyyətin sabitləşməsi və 2 ölkə arasında sülhün bərqərar olunması barədə protokol imzalayıblar.
Bu barədə Turmush agentliyi məlumat yayıb.
Qırğızıstan DTX-nin sədri Kamçıbek Taşıyev bildirib ki, Tacikistanla imzalanan protokolun məqsədi vəziyyəti sabitləşdirmək və 2 ölkə arasında sülhü bərqərar etməkdir.
Taşıyev sabah növbəti görüşün keçiriləcəyini də qeyd edib.
Qeyd edək ki, bu gün səhər saatlarında Qırğızıstan DTX Tacikistan tərəfin əsir götürdüyü 4 sərhədçinin qaytarıldığını bildirib.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar 16 sentyabr səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.
Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.