https://sputnik.az/20220919/turkiye-qirgizistanla-tacikistani-dialoqa-cagirdi-446251985.html
Türkiyə Qırğızıstanla Tacikistanı dialoqa çağırdı
Türkiyə Qırğızıstanla Tacikistanı dialoqa çağırdı
Sputnik Azərbaycan
Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb. 19.09.2022, Sputnik Azərbaycan
2022-09-19T20:55+0400
2022-09-19T20:55+0400
2022-09-19T21:17+0400
dünya xəbərləri
mustafa şentop
qırğızıstan
tacikistan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172523_0:50:960:590_1920x0_80_0_0_a38de0c73a22c395387fd5e81f5320c7.jpg
BAKI, 19 sentyabr - Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.Bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.Qeyd olunub ki, Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb.Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/11/446172523_53:0:907:640_1920x0_80_0_0_62d17367e66e857b1ae0749cd25bd051.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mustafa şentop, qırğızıstan, tacikistan
mustafa şentop, qırğızıstan, tacikistan
Türkiyə Qırğızıstanla Tacikistanı dialoqa çağırdı
20:55 19.09.2022 (Yenilənib: 21:17 19.09.2022) Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb.
BAKI, 19 sentyabr - Sputnik. Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Qırğızıstan parlamentinin sədri Talant Mamitov və Tacikistan parlamentinin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzoda ilə ayrı-ayrılıqda telefon danışığı aparıb.
Bu barədə TBMM-nin mətbuat katibliyi məlumat yayıb.
Qeyd olunub ki, Şentop həmkarlarına Türkiyənin iki ölkə arasındakı gərginliyin dialoq və danışıqlar yolu ilə həll olunmasını istədiyini çatdırıb.
Qırğızıstan və Tacikistan sərhədində irimiqyaslı toqquşmalar cümə günü səhər saatlarında başlayıb. Tərəflər bir-birini top atəşinə tutmaqda ittiham ediblər. İki ölkənin hərbçiləri arasında şiddətli döyüşlər sərhədin demək olar ki, bütün perimetri boyu davam edib. Atəşkəs yalnız gecəyə doğru əldə edilib. Şənbə günü səhər fasilələrlə davam edən toqquşmalar yenidən başlayıb. Tərəflər bir-birini atəşkəs razılaşmasını pozmaqda ittiham ediblər. Toqquşmalar yalnız şənbə günü axşam saatlarında dayandırılıb.
Qırğızıstanda münaqişə zonasından 140 mindən çox insan təxliyə edilib.
Qırğızıstan tərəfi qarşıdurmalar nəticəsində 59 vətəndaşının öldüyünü və 163 nəfərin yaralandığını bildirib. Tacikistan 35 nəfərin öldüyünü, 30 nəfərin yaralandığını açıqlayıb.
Sentyabrın 19-u Qırğızıstanda həlak olanlar üçün milli matəm günü elan edilib.