SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Fuat Oktay: "Pelosinin diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir"

© AFP 2024 / ADEM ALTANFuat Oktay
Fuat Oktay - Sputnik Azərbaycan, 1920, 19.09.2022
Abunə olmaq
Türkiyənin vitse-prezidenti bildirib ki, Qarabağ məsələsinə dair açıqlamaların ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirilməlidir.
BAKI, 19 sentyabr — Sputnik. ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistan səfərində tarixi və aktual həqiqətlərlə əlaqəsi olmayan, xoş niyyətdən tam uzaq, qərəzli baxışı əks etdirən və diplomatik səyləri sabotaj edən açıqlamaları qəbuledilməzdir.
Bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.
O deyib ki, Ağ Ev erməni diasporunun səslərinə göz qırpdığı açıqca bəlli olan Pelosi və lobbi tərəfindən dəstəklənən bir neçə siyasətçinin Qarabağ məsələsinə dair açıqlamalarının ABŞ-ın rəsmi mövqeyini əks etdirib-etdirmədiyinə aydınlıq gətirməlidir.
"Bölgədə davamlı barış və stabilliyə şiddətlə ehtiyac duyulan bir vaxtda bütün beynəlxalq aktorları məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız və hüquqsuz bir şəkildə işğal altında saxlanılan Ana Vətən torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik", - deyə o vurğulayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi iki gün Ermənistanda qalıb və Ermənistanın baş naziri Nikol Paşinyan, parlamentin sədri Alen Simonyanla danışıqlar aparıb.
Bu, ABŞ Konqresinin Nümayəndələr Palatasının sədrinin Ermənistan müstəqillik əldə etdikdən sonra ilk səfəri idi. Yüksək səviyyəli Amerika nümayəndə heyətinə konqresmenlər Frenk Pallone, Anna Eşu və Ceki Spier daxil idi.
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Azərbaycanla qarşıdurma zamanı ölən və itkin düşən erməni hərbçilərinin sayı 207-yə çatıb
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
SİYASƏT
Pelosi "ermənicə" danışdı: ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini istəyir
Xəbər lenti
0