SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Pelosi "ermənicə" danışdı: ABŞ Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini istəyir

© AP Photo / Jacquelyn MartinNensi Pelosi, arxiv şəkli
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri erməni rəsmilərin sözlərini təkrarlayaraq "Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik" deyib.
BAKI, 18 sentyabr - Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının İrəvanda səfərdə olan spikeri Nensi Pelosi bəyan edib ki, o, Konqres adından Azərbaycanın Ermənistan ərazisinə hücumunu pisləyir.
Sputnik Ermənistan-ın yazdığına görə, Pelosi bunu Ermənistan parlamentinin rəhbəri Alen Simonyanla birgə keçirdiyi brifinqdə deyib.
"Görüşlərimizin gündəliyi baxımından təhlükəsizlik məsələləri həmişə vacibdir. Ermənistanın ərazisinə və suverenliyinə hücum olub. Ermənistan bizim üçün önəmlidir. Konqres adından Azərbaycanın Ermənistan ərazisinə endirdiyi ölümcül zərbələri qətiyyətlə pisləyirik.", - o, deyib.
Pelosinin sözlərinə görə, ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi uzun müddətdir və aydın şəkildə bəyan edib ki, münaqişənin hərbi yolla həlli ola bilməz. Amerika tərəfi Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli sülh yolu ilə həllinə səy göstərərək hadisələrin gedişatını izləməkdə davam edir.
Pelosi həmçinin qeyd edib ki, Konqres Azərbaycanın təcavüzünü pisləyən qətnamə layihəsi hazırlayıb.
"Azərbaycanın “Artsax”ın mülki əhalisinə qarşı hərəkətləri, tarixi abidələrə qarşı vandalizmi də bizim diqqətimizdədir", - Pelosi əlavə edib.
Pelosi qondarma "soyqırım" abidəsini ziyarət edib
ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvandakı saxta “erməni soyqırımı” abidəsini ziyarət edib.
Onu Ermənistan parlamentin spikeri Alen Simonyan, vitse-spiker Ruben Rubinyan, Ermənistanın ABŞ-dakı səfiri Lilit Makunts və digər rəsmi şəxslər müşayiət ediblər.
Qeyd edək ki, Pelosi İrəvana sentyabrın 17-si axşam gəlib. O, Ermənistanın Baş naziri və parlamentin sədri ilə görüşlər keçirəcək.
Pelosi sərhəddə baş verənlərlə bağlı faktları ermənisayağı təqdim edib
Xatırladaq ki, sentyabrın 13-nə keçən gecə Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin təxribat törətməsi barədə məlumat yayıb. Nazirlikdən verilən məlumata görə, Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində irimiqyaslı təxribat törədilib.
Ermənistan silahlı qüvvələrinin təxribat qrupları gecə saatlarında dağlıq ərazidən və mövcud dərələrdən istifadə edərək Azərbaycan ordusunun bölmələrinin mövqeləri və təchizat marşrutları arasında müxtəlif istiqamətlərdə minaalara başlayıblar.
Azərbaycan Silahlı Qüvvələri düşmənin atəş nöqtələrinin qarşısını alaraq cavab tədbirləri görüb, toqquşmaların genişlənməsinin qarşısının alınması üçün də tədbirlər görülüb.
12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 282 hərbi qulluqçusu yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralanan 282 hərbi qulluqçulardan 43 nəfər ilkin tibbi yardımdan sonra ordu sıralarına qayıtdığı, 115 nəfərin vəziyyətinin kafi, 103 nəfər orta-ağır, 21 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilirdi.
Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçilərinin sayı 80-ə çatıb.
Sentyabrın 16-da hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, "Azərbaycanın Ermənistan tərəfinə təcavüzü nəticəsində 135 nəfər həlak olub, lakin bu rəqəm hələ yekun deyil. Çoxlu sayda yaralı var".
Göründüyü kimi, Nensi Pelosi də sərhəddə baş verənləri rəsmi Ermənistanın dediyi kimi təqdim edir.
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
DÜNYA XƏBƏRLƏRİ
Nensi Pelosi getməlidir - ABŞ Konqresi onu istefaya çağırdı
Xəbər lenti
0