DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Paşinyan Pelosiyə "ABŞ-ın erməni demokratiyasına yardımına görə" minnətdarlıq edib

© Sputnik / POOL / Mediabanka keçidNikol Paşinyan
Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 18.09.2022
Abunə olmaq
Pelosi deyib ki, o, Ermənistanda demokratiyanın təşviqində, erməni soyqırımını tanıyan qətnamələrdə, Türkiyənin Dağlıq Qarabağ məsələsinə qarşı çıxmasında və bütün digər məsələlərdə Ermənistanın dostudur.
BAKI, 18 sentyabr — Sputnik. ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistanın baş naziri Nikol Paşinyanla regional sülh və sabitlik məsələlərini müzakirə edib.
"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri və konqresmenlərdən ibarət nümayəndə heyəti Ermənistanın baş naziri ilə görüşdə erməni-amerikan əməkdaşlığı və digər prioritet məsələləri müzakirə ediblər. Xüsusilə, regionda demokratiyanın, sülhün və sabitliyin təşviqinə bizim ümumi öhdəliyimiz. müzakirə olunub", - ABŞ səfirliyinin mətbuat xidmətindən bildirilib.
İnterfaks-ın Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına istinadla yaydığı xəbərə görə, Paşinyan Pelosi ilə görüşdə bildirib ki, "ABŞ hökumətinin aydın qiymətləndirmələri çox vacibdir": "BMT Təhlükəsizlik Şurası mövcud vəziyyəti müzakirə etdi, ümid edirik ki, bu vəziyyət BMT Təhlükəsizlik Şurasının gündəmində qalmağa davam edəcək və bu mənada ABŞ-ın yardımına ümid edirik." - Ermənistanın baş naziri bildirib.
Bundan əlavə, Paşinyan Pelosiyə "ABŞ-ın erməni demokratiyasına yardımına görə" minnətdarlığını bildirib.
"Biz ABŞ hökumətinin ölkəmizdə demokratiya gündəmini təşviq etməyə hazır olduğunu görürük. Gördüyünüz kimi, bu, asan yol olmadığına baxmayaraq, demokratik islahatlar gündəliyinə sadiqliyimizi bildirmək istərdim", - Paşinyan deyib.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Pelosi öz növbəsində Vaşinqtondan dəstək vəd edib.
"Ermənistanda demokratiyanın təşviqində... və bütün digər məsələlərdə biz Ermənistanın dostuyuq. Biz buradayıq, hökumətinizə hörmətlə yanaşırıq", - Pelosi bildirib.
O, əmin edib ki, Amerika tərəfi Ermənistanla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə fəal şəkildə kömək edəcək.
Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, Paşinyan və Pelosi "Azərbaycanın Ermənistana hərbi təcavüzü və Azərbaycan bölmələrinin Ermənistan ərazisindən çıxarılması", regional nəqliyyat infrastrukturunun blokunun açılması, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərini müzakirə ediblər.
Bazar günü səhər Pelosi İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyan, vətəndaş cəmiyyəti nümayəndələri və ölkə parlamentindəki müxalifət fraksiyalarının üzvləri ilə görüşüb.
Erməni KİV-ləri yazır ki, Pelosinin səfər gündəliyi dəyişdirilib və bu gün o, Ermənistanın müdafiə naziri Suren Papikyanla da görüşmək niyyətindədir.
Nensi Pelosi, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.09.2022
SİYASƏT
Pelosi erməni müxalifətinə söz verdi: "Azərbaycana yardımın dayandırılmasına çalışacağam"
Xəbər lenti
0