https://sputnik.az/20220917/azerbaycan-cudocusu-praqada-kecirilen-avropa-cempionatinda-gunun-qehremani-olub-446178358.html
Azərbaycan cüdoçusu Praqada keçirilən Avropa çempionatında günün qəhrəmanı olub
Azərbaycan cüdoçusu Praqada keçirilən Avropa çempionatında günün qəhrəmanı olub
Sputnik Azərbaycan
Çexiyada keçirilən gənclər arasında qitə çempionatının ilk iki yarış gününün nəticələrinə görə Azərbaycan komandası üç medal qazanıb. 17.09.2022, Sputnik Azərbaycan
2022-09-17T15:26+0400
2022-09-17T15:26+0400
2022-09-17T15:34+0400
idman
cüdo
avropa çempionatı
praqa
azərbaycan
qızıl medal
https://cdnn1.img.sputnik.az/img/40076/09/400760951_0:0:1501:844_1920x0_80_0_0_a9a4463a40985ae5cf223f840323d002.jpg
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan cüdoçusu Elcan Hacıyev (81 kq) Çexiyada keçirilən gənclər arasında Avropa çempionatında günün qəhrəmanı olub.Praqada keçirilən gənclər arasında qitə birinciliyinin növbəti yarış günündə Azərbaycan tatami ustaları iki qızıl medal qazanıblar.Onlardan biri finala gedən yolda Marko Yanker (Monteneqro), Georgi Cabinaşvili (Gürcüstan), Velemir Kosoviç (Serbiya) və Adam Koptskini (Çexiya) məğlub edən Elcan Hacıyevin hesabındadır. Finalda Hacıyev italiyalı Brayt Madaloni üzərində qələbə qazanıb.Azərbaycan təmsilçisi qızıl medalla yanaşı, həm də Avropa Cüdo İttifaqı tərəfindən qitə birinciliyinin gününün qəhrəmanı elan edilib.Daha bir qızıl medalı çempionatda Kjartan Hrendarsson (İslandiya), Kote Kapanadze (Gürcüstan), Vinçenzo Pelliqri (İtaliya), Qergeli Adoryanı (Macarıstan) üstələyərək, Luici Sentrasionu (İtaliya) məğlub edən Vüsal Qələndərzadə (73 kq) qazanıb.Ümumilikdə Azərbaycan millisinin Avropa çempionatında üç medalı var. İlk yarış günündə Turan Bayramov (66 kq) gümüş medal qazanıb.Şənbə günü, sentyabrın 17-də daha beş Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2022
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40076/09/400760951_146:0:1271:844_1920x0_80_0_0_a3c99bc5caa6e76bd8139b8b7d1dd77a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Teymur Tuşiyev
https://cdnn1.img.sputnik.az/img/42183/82/421838240_582:0:2630:2048_100x100_80_0_0_414008fb9d59af0d938ee6d4c309b573.jpg
cüdo, avropa çempionatı, praqa, azərbaycan, qızıl medal
cüdo, avropa çempionatı, praqa, azərbaycan, qızıl medal
Azərbaycan cüdoçusu Praqada keçirilən Avropa çempionatında günün qəhrəmanı olub
15:26 17.09.2022 (Yenilənib: 15:34 17.09.2022) Çexiyada keçirilən gənclər arasında qitə çempionatının ilk iki yarış gününün nəticələrinə görə Azərbaycan komandası üç medal qazanıb.
BAKI, 17 sentyabr - Sputnik. Azərbaycan cüdoçusu Elcan Hacıyev (81 kq) Çexiyada keçirilən gənclər arasında Avropa çempionatında günün qəhrəmanı olub.
Praqada keçirilən gənclər arasında qitə birinciliyinin növbəti yarış günündə Azərbaycan tatami ustaları iki qızıl medal qazanıblar.
Onlardan biri finala gedən yolda Marko Yanker (Monteneqro), Georgi Cabinaşvili (Gürcüstan), Velemir Kosoviç (Serbiya) və Adam Koptskini (Çexiya) məğlub edən Elcan Hacıyevin hesabındadır. Finalda Hacıyev italiyalı Brayt Madaloni üzərində qələbə qazanıb.
Azərbaycan təmsilçisi qızıl medalla yanaşı, həm də Avropa Cüdo İttifaqı tərəfindən qitə birinciliyinin gününün qəhrəmanı elan edilib.
Daha bir qızıl medalı çempionatda Kjartan Hrendarsson (İslandiya), Kote Kapanadze (Gürcüstan), Vinçenzo Pelliqri (İtaliya), Qergeli Adoryanı (Macarıstan) üstələyərək, Luici Sentrasionu (İtaliya) məğlub edən Vüsal Qələndərzadə (73 kq) qazanıb.
Ümumilikdə Azərbaycan millisinin Avropa çempionatında üç medalı var. İlk yarış günündə Turan Bayramov (66 kq) gümüş medal qazanıb.
Şənbə günü, sentyabrın 17-də daha beş Azərbaycan cüdoçusu tatamiyə çıxacaq.